Arıçılar hansı tələblərə riayət etməlidirlər? - VİDEO

Arıçılar hansı tələblərə riayət etməlidirlər? - VİDEO
21:12 5 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda standart istehlak tarasına qablaşdırılmış, ölkə ərazisində topdan və pərakəndə satış üçün nəzərdə tutulmuş, ictimai iaşə müəssisələrinə, məktəblərə, uşaq, müalicə müəssisələrinə və istehlakçılara bilavasitə xidmət göstərən digər müəssisələrə çatdırılan yerli və xarici ölkə ərazisində topdan və pərakəndə satış üçün nəzərdə tutulmuş arıçılıq məhsulları üçün əsas tələblər müəyyənləşdirilib.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının təsdiq etdiyi  AZS 843-2015 (QOST R 51074-2003) "Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər" dövlət standartında əksini tapıb.

Dövlət standartına əsasən  qablaşdırılmış balın qabı üzərində  məhsulun adı (mənşə yeri ilə tamamlana bilər), həqiqiliyi (təbii və ya süni), təbii balın növü (botanik mənşəyi) istehsalçının istəyinə görə, təbii balın yığılma ili və ya süni balın istehsal tarixi, istehsalçının adı və yerləşdirdiyi yer (ölkə daxil olmaqla hüquqi ünvan, hüquqi ünvana uyğun olmadıqda Azərbaycan Respublikasında yerləşən, lazım olduqda istehsalçı tərəfindən bu ərazidə istehlakçılardan gələn iradları qəbul etmək vəzifəsi ilə səlahiyyətləndirilmiş təşkilatın (əgər varsa) ünvanı, istehsalçının əmtəə nişanı (əgər varsa), netto kütləsi, əlavələr (çiçək tozu, arı südü, propolis, fındıq və digər) ilə təbii bal  və süni bal üçün məhsulun tərkibi, qida əlavələri, aromatizatorlar, qidaya bioloji aktiv əlavələr, qeyri - ənənəvi tərkibli qidanın inrediyentləri, qida dəyərliliyi (məhsulun 100 qramında kilokalori və karbohidratların  miqdarı), saxlanma müddəti və şərtləri. qablaşdırma tarixi, məhsulun istehsal olunduğu və eyniləşdirilə bilən sənədin işarəsi, uyğunluğun təsdiq edilməsi haqqında məlumatlar əksini tapmalıdır.

Qablaşdırılmış çiçək tozu (tozcuq), arı südü və propolisin qabının üzərində məhsulun adı (mənşə yeri ilə tamamlana bilər), çiçək tozu üçün botaniki mənşə (istehsalçının istəyinə görə), yığım ili, istehsalçının adı və yerləşdirdiyi yer (ölkə daxil olmaqla hüquqi ünvan, hüquqi ünvana uyğun olmadıqda Azərbaycan Respublikasında yerləşən, lazım olduqda istehsalçı tərəfindən bu ərazidə istehlakçılardan gələn iradları qəbul etmək vəzifəsi ilə səlahiyyətləndirilmiş təşkilatın (əgər varsa) ünvanı, istehsalçının əmtəə nişanı (əgər varsa), netto kütləsi, saxlanma müddəti və şərtləri, qablaşdırma tarixi, məhsulun istehsal olunduğu və eyniləşdirilə bilən sənədin işarəsi və uyğunluğun təsdiq edilməsi haqqında məlumatlar olmalıdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/395468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR