Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göbəyini əritmək istəyənlər üçün asan İDMAN HƏRƏKƏTLƏRİ

Göbəyini əritmək istəyənlər üçün asan İDMAN HƏRƏKƏTLƏRİ

Date: 5 January 2016 21:17

İki gündə bu hərəkətlərdən birini müntəzəm etsəniz və doğru qidalansanız, alt göbək bölgənizi əridib sıxlaşdıra bilərsiniz.

Milli.Az lent.az-a istinadən hər gün edə biləcəyiniz qarın əritmə hərəkətlərini təqdim edir.

Yerə uzanıb ayaqları qaldırma

Yerə uzanın

Əllərinizin iç qisimlərini iki yanınızda yerə sabitləyin.

Ayaqlarınızı dümdüz uzadın.

Əvvəlcə sağ ayağınızı yerdən 20 sm qədər yuxarı qaldırın, sonra endirin, amma yerlə arasında 1-2 sm saxlayın. Sonra eyni hərəkəti sol ayağınız üçün edin.

Hər ayağınız üçün 10 dəfə edin.

Plank vəziyyəti

Üzünüz yerə baxacaq şəkildə ayaqlarınız və əlləriniz üzərində bədəninizi düz hala gətirin. 10 saniyə qədər qalın.

Sonra dizlərinizin üzərinə çökərək yerə yatıb dincəlin. Hərəkəti 10 dəfə edin.

Məkik

Yerə uzanın

Əllərinizin iç qisimlərini iki yanınızda sabitləyin.

Əllərinizdən aldığınız qüvvətlə dizlərinizi qarnınıza doğru qaldırın.

Əllərinizi möhkəm yerə basmağa davam edin. Dizlərinizi başınıza doğru çəkərək budlarınızın yerdən qalxmasına kömək edin. 

Milli.Az


Tags:  Göbəyini əritmək istəyənlər asan İDMAN HƏRƏKƏTLƏRİ


RƏYLƏR


Top news