Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Yeni söz" ədəbi yaradıcılıq müsabiqəsi baş tutmayıb

"Yeni söz" ədəbi yaradıcılıq müsabiqəsi baş tutmayıb

Date: 5 January 2016 21:17

Bakı. 5 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təsis etdiyi "Yeni Söz" ədəbi yaradıcılıq müsabiqəsinin bu il baş tutmadığını elan edib.
Mərkəzdən "Report"a verilən məlumata görə, buna səbəb təqdim olunan əsər sayının azlığı, nümunələrin müvafiq tələblərə cavab verməməsi olub.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ötən il mayın 27-də gənc istedadların aşkar edilməsi və beynəlxalq müstəvidə tanıdılması məqsədilə Azərbaycan dilində yazılmış poeziya, nəsr, esseistika nümunələri üzrə “Yeni Söz” ədəbi yaradıcılıq mükafatı təsis etmişdi. Müsabiqə ədəbi yaradıcılıqla məşğul olan 35 yaşınadək gənclərin əsərlərinin qəbulu üçün nəzərdə tutulmuşdu. Əsərlərin qəbuluna ötən ilin oktyabr ayının 2-dən başlanmışdı. 

Tags:  Yeni söz ədəbi yaradıcılıq müsabiqəsi baş tutmayıb

RƏYLƏR


Top news