İran-Səudiyyə: Onilliklərin ən qorxulu böhranı

İran-Səudiyyə: Onilliklərin ən qorxulu böhranı
21:17 5 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Son 30 il ərazində Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər, hazırda ən pis mərhələsinə qədəm qoyub.
Bu gərginlik Səudiyyə ruhanisi Nimr ən-Nimrin edamı və bunun ardınca Tehrandakı səfirliyin yandırılması və İran diplomatlarının ər-Riyaddan qovulması ilə şiddətlənib.
Riyad və Tehran arasında siyasi və dini nüfuz uğrunda mübarizənin geosiyasi nəticələri Körfəz sularından çox uzağa gedir və Yaxın Şərqin az qala bütün münaqişələrini təsirləndirir.
Ən nəzərəçarpanı budur ki, indi Suriya və Yəmən münaqişələrinin diplomatik çözümünün perspektivləri daha sönük görünür. Halbuki, bundan az əvvəl danışıqlar prosesi üçün beynəlxalq şərait yetişmiş kimi görünürdü.

İllərin təlatümü

İndiki qarşıdurma 1980-ci illərdə baş vermis əvvəlki qarşıdurmadan da qorxuludur. O vaxt da, 1988-1991-ci illər arasında iki ölkə diplomatik bağlarını qırmışdı.
Bu, 1979-cu il İran İslam İnqilabının ilk onilliyinin sonunda və 1980-1988-ci illərdə yer almış İran-İraq müharibəsi zamanında baş vermişdi.
1979-cu il İslam İnqilabı iki qonşu arasına sədd çəkdi
Bu müharibədə Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası Səddam Hüseyni dəstəkləmiş və nəticədə bu ölkələrin dəniz daşımaları İran hücumlarından böyük zərər görmüşdü. Üstəlik, 1984-cü ildə Səudiyyə öz hava məkanının pozulduğunu iddia edərək İranın döyüş təyyarəsini vurmuşdu.


Səudiyyə və başqa Körfəz ərəb ölkələri şiə davakarılığının artmasını İranın post-inqilab hökuməti ilə bağlayırlar. Məsələn, 1981-ci ildə Bəhreyndə baş tutmamış çevriliş cəhdi və dörd il sonra Küveyt əmirinə yenə də alınmayan sui-qəsd bu qəbildən olan hadisələr kimi qiymətləndirilir.
Bu arada, 1987-ci ilin mayında İran tərəfindən dəstəklənən Hizbullah əl-Hicaz silahlı qruplaşması yaradılıb. Livan Hizbullahının modeli üzrərində qurulmuş bu təşkilat Səudiyyə ərazisində hərbi əməliyyatlar aparmalı idi.
Hizbullah əl-Hicaz Səud ailəsini hədələyən qızışdırıcı bəyanatlar vermis və 1980-ci illərin sonlarında, İran və Səudiyyə arasında gərginliyin artdığı bir vaxtda bir sıra ölümcül basqınlar həyata keçirmişdi.

Dərin etimadsızlıq

Əlbəttə, hazırkı böhran birbaşa qarşıdurmanın əlamətlərini göstərməsə də, bu gərginlik üç səbəbə görə 1980-ci illərdə olduğu qədər qorxuludur.
Birinci səbəb, son illərdə Yaxın Şərq boyunca məzhəb siyasətinin regionu sünni-şiə cəbhələrinə bölən təriqət siyasətinin mirasıdır. Bu miras İran və onun Körfəz qonşuları arasında dərin inamsızlıq yaradıb.
Belə bir gərgin atmosferdə mötədil orta kəsimin mövqeləri xeyli zəifləyib və əksinə, yerli məsələlərə sərt xətt-hərəkət mövqeyindən baxış güclənib.
İkincisi, Körfəz ölkələri son dörd il ərzində, qismən də İranın regional münaqişələrə müdaxiləsi və Obama administrasiyasının Yaxın Şərqdəki niyyətləri ilə bağlı, daha inadkar xarici siyasət yürütməyə başlayıb.
Körfəzdə bir çoxları üçün İrandan gələn təhlükə onun nüvə proqramı deyil, Hizbullah və Yəməndə son vaxtlarda husi qiyamçıları kimi regional qeyri-hökumət oyunçulara dəstək verməsindədir.
Yəmən böhranı: Kim kimlə vuruşur?
İstər Yəməndəki Səudiyyə koalisiyası, istərsə də vəliəhd şahzadənin müavini Məhəmməd bin Salmanın ötən ay elan etdiyi çoxmillətli koalisya göstərdi ki, Səudiyyə rəhbərləri regional təhlükəsizlik məsələlərində heç bir kompromisə getmək əhval-ruhiyyəsində deyillər.

Matəm marşı

İran və Səudiyyə Ərəbistanı Suriya və Yəmən münaqişələrində qarşı duran tərəfləri dəstəkləyirlər
Və nəhayət, Səudiyyə Ərəbistanı və İran arasında diplomatik münasibətlərin kəsilməsi, bəlkə də ən azı Yəmən və Suriyadakı müharibələrə son qoyulması yolunda regional cəhdlər üçün "matəm marşı" kimi səslənir.
Nimr ən-Nimrin edamı ətrafında qalxmış hay-küy, Yəməndə dekabrın 15-dən qüvvədə olan atəşkəsin pozulmasını eşidilməz edib.
Burada nə atəşkəs, nə də atəşkəslə eyni vaxtda BMT-nin təşəbbüsü ilə aparılan danışqlar fayda verib və əgər Səudiyyənin rəhbərliyi altında koalisiya və İran, Yəmənə müdaxilələrini intensivləşdirsələr, yanvarın 14-ə elan edilmiş danışıqlar, çətin ki, bərpa olunsun.
İndi artıq yanvarın sonunda Genevrədə keçirilməli olan Suriya danışıqlarından da eyni "nəticə"ni gözləmək olar. Əgər bu münaqişənin iki əsas kənar oyunçusu arasında qarşıdurma şiddətlənsə, indiyədək səhnə arxasında aparılmış səbrli sövdələşmələr heç ola bilər.
Kristian Coates Ulrichsen Rice Universitetinin James A Baker III İctimai Siyasət İnstitutunun professoru və Chatham House araşdırma mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının üzvüdür.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR