Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binədə təhqirə görə tanışını öldürdü - FOTO

Binədə təhqirə görə tanışını öldürdü - FOTO

Date: 5 January 2016 21:22

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Qərib Əhmədovun (1991-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən il avqustun 15-də Binə qəsəbəsində yaşayan Qərib Əhmədov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində qəsəbə sakini Məmmədağa Həsənovun (1989-cu il təv.) ürək nahiyəsindən bir zərbə vurmaqla, onu qəsdən öldürüb. Həmin gün sonuncu şübhəli şəxs qismində Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim olunub.  

İş üzrə dindirilən Qərib Əhmədov bildirib ki, Məmmədağa yaşca ondan böyük olub və daim onu təhqir etməklə, lağa qoyub. Həmin gecə təxminən saat 12 radələrində o, Həsənovla təsadüfən küçədə rastlaşıb.

Onun sözlərinə görə, Məmmədağa sərxoş vəziyyətdə olub, onu görən kimi yanına çağırıb iradını bildirməyə başlayıb. Münasibətlərini aydınlaşdıra-aydınlaşdıra onlar Əhmədovun yaşadığı evin qarşısına çatıblar. Həsənovun təhqirlərindən hiddətlənən Qərib evə girərək, məişət-təsərrüfat təyinatlı bıçağı alıb, geri qayıdıb və onun döş qəfəsindən bir bıçaq zərbəsi endirib.

Məhkəmə prosesində Q.Əhmədov ittiham üzrə özünü təqsirli hesab edib. O, Həsənovu döş nahiyəsindən təsadüfən vurduğunu bildirərək, qeyd edib ki, məqsədi özünü müdafiə etmək olub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.  
Milli.Az







Tags:  Binədə təhqirə tanışını öldürdü FOTO


RƏYLƏR


Top news