Mayk Tayson özünün "pul kisəsi"ni istifadəyə verdi

Mayk Tayson özünün "pul kisəsi"ni istifadəyə verdi
22:05 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Sabiq boksçu Mayk Tayson "Bitcoin Direct" şirkəti ilə əməkdaşlığı çərçivəsində özünün xüsusi "Bitcoin-pul kisəsi"ni istifadəyə verib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni "Bitcoin-pul kisəsi" Gildera birjası vasitəsilə bitkoin almaq və satmaq imkanı verir. Bundan əlavə, istifadəçilər öz valyutalarını istənilən Bitcoin-bankomatlarda saxlaya bilərlər.

"Dəmir" Maykın "Bitcoin-pul kisəsi"ndən iOS və Android istifadəçiləri yararlana bilərlər.
 
Qeyd edək ki, 2015-ci ilin yayında Mayk Tayson Las-Veqasda öz Bitcoin-bankomatını təqdim etmişdi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR