Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FIFA baş katibi rüsvay oldu

FIFA baş katibi rüsvay oldu

Date: 5 January 2016 22:22

FİFA-nın etika komissiyası təşkilatın baş katibi Jerome Valckenin 9 il futboldan kənarlaşdırılması və 99 min dollar cərimə edilməsini məsləhət görüb.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, yanvarın 5-də onun fəaliyyətinə qoyulmuş 90 günlük qadağa bitib.

O 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına bilet satışında yol verilən qanunsuzluq və fırıldaqçılıqda ittiham olunur.

Valcke ittihamı rədd edir.

2015-ci ilin sonlarında FİFA ətrafında baş verən korrupsiya qalmaqalına görə, təşkilatın rəhbəri Zeep Blatter və UEFA prezidenti Michel Platini də daxil olmaqla bir sıra FİFA rəsmiləri işdən kənarlaşdırılıb və bir neçəsi barəsində cinayət işi açılıb.

Buna görə təşkilatın Sürixdəki baş ofisində yoxlama aparılıb, komputer və sənədlər götürülüb.

İlk istintaq ABŞ-da , sonra isə İsveçrədə başlayıb.
Milli.Az


Tags:  FIFA baş katibi rüsvay oldu

RƏYLƏR


Top news