Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Moldovanın sabiq baş nazirinin həbs müddəti uzadılıb

Moldovanın sabiq baş nazirinin həbs müddəti uzadılıb

Qadın bankdan kredit götürdü (22 Mart 2017 18:17)
Sabiq "müdafiə naziri" HƏBS EDİLDİ (22 Mart 2017 18:03)
Əli İnsanovun həbs müddəti uzadılıb (01 Mart 2017 19:09)

Tarix: 5 Yanvar 2016 22:37

Bakı. 5 yanvar. REPORT.AZ/ Korrupsiya əməllərində ittiham olunan Moldovanın sabiq baş naziri, Liberal-Demokrat Partiyasının sədri Vladimir Filatın həbs müddəti yenidən uzadılıb.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, ötən ilin oktyabr ayında həbs olunan Filat həbsxanada daha 90 gün keçirəcək.
Prokuror Adriana Betsişor bildirib ki, sabiq hökümət başçısı azadlığa buraxılsa istintaq prosesinə təsir edə bilər.
Moldova Baş prokurorluğu Vladimir Filatın maliyyə-bank sistemindən 1 mlrd dollaradək vəsaitin mənimsəməsində təqsirli olduğunu iddia edir.
Qeyd edək ki, bundan əvvəl müxalifətin etirazları fonunda parlament Filatın deputat toxunulmazlığını ləğv edib.
İttihamın sübuta yetiriləcəyi təqdirdə Vladimir Filat 15 il həbs cəzasına məhkum ediləcək.   

Teqlər:  Moldovanın sabiq baş nazirinin həbs müddəti uzadılıb



RƏYLƏR


Top xəbərlər