Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD "ərazi"lərinin yarısını itirdi

İŞİD "ərazi"lərinin yarısını itirdi

Date: 5 January 2016 22:42

İŞİD-in İraqda ələ keçirdiyi ərazilərin təxminən 40 faizini, Suriyada isə 20 faizini itirib.
Milli.Az Reuters-ə istinadən bildirir ki, bunu ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının nümayəndəsi, amerikalı polkovnik Stiven Uorren deyib.
2014-cü ildə İŞİD İraq ərazilərinin 1/3 hissəsini, o cümlədən Mosul şəhərini ələ keçirmiş, Bağdada doğru hücuma başlamışdı. İŞİD-in qarşısını yalnız İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun döyüşçüləri savaşa qatılandan sonra alınmışdı.
Həmin vaxtdan bəri İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə 60 ölkənin qatıldığı koalisiya vuruşmağa başlayıb.
Milli.Az


Tags:  İŞİD ərazilərinin yarısını itirdi


RƏYLƏR


Top news