Daşınmaz əmlakla bağlı sığorta müqavilələrinin sayı 6,9 faiz artıb

Daşınmaz əmlakla bağlı sığorta müqavilələrinin sayı 6,9 faiz artıb
23:18 5 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
2015-ci ildə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 4580 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 330240 manat təşkil edib.
2014-cü illə müqayisədə sığorta müqavilələrinin sayında 6,9 faiz artım, sığorta haqlarının məbləğində isə 1,3 faiz azalma müşahidə edilib.
Bağlanmış sığorta müqavilələrinin 3555-i hüquqi şəxslərə, 1025-i isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus daşınmaz əmlakla bağlı olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dasinmaz_emlakla_bagli_sigorta_muqavilelerinin_sayi_69_faiz_artib-916310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR