Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2015-ci ildə idmanda ən yaddaqalan məqamlar (FOTO)

2015-ci ildə idmanda ən yaddaqalan məqamlar (FOTO)

Date: 5 January 2016 23:33

Bakı. Bəxtiyar Hacıyev - Trend:

2015-ci il də bir sıra idman yarışları ilə yadda qaldı.

Trend ötən il idman meydançalarında çəkilən ən maraqlı fotolardan bəzilərini təqdim edir:

Kanadalı üzgüçü Erik Hedlin Panamerika Oyunlarında

Dünya idmanının ulduzu macarıstanlı üzgüçü Katinka Hossu Kazanda su idmanı növləri üzrə dünya çempionatında

İrlandiyalı çapar Rabi Uolşun İngiltərədə Çeltenhem festivalında uğursuzluğu

Pekində dünya yüngül atletika çempionatında hündürlüyə tullanma üzrə yarışan qadın idmançılar istirahət edir

Türkiyəli gimnast İbrahim Çolak Bakıda ilk Avropa Oyunlarında bürünc medal qazandı

"Mançester Siti"nin argentinalı futbolçusu Serxio Aquero "Nyukasl"ın qapısına üç top keçirdikdən sonra topla "öpüşür"

Venesueladan olan 20 yaşlı ağır atlet Cenezis Rodriqes Qomes Panamerika Oyunlarında. O, 106 kq çəkini qaldırmağa cəhd edərkən huşunu itərərsə də, zədə almamışdı.

Çin yığmasının qapıçısı Zenq Çenq Asiya Kubokunda Səudiyyə Ərəbistanına qarşı oyunda hakimin penalti qərarına belə etiraz edir

Məşhur ispan tennisçi Rafael Nadal üçün ötən il çox gərgin keçdi

2015-ci ildə Çempionlar Liqasının Berlində keçirilən final görüşündən sonra "Barselona"nın müdafiəçisi Jerar Pike qapının torunu kəsdi. Adətən bunu basketbolçular müəyyən titul qazanandan sonra xatirə saxlamaq məqsədilə edirlər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  2015-ci ildə idmanda yaddaqalan məqamlar FOTO

RƏYLƏR


Top news