Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda bir nəfər yanaraq ölüb

Bakıda bir nəfər yanaraq ölüb

Date: 5 January 2016 23:48

Bakı. Trend:

Bakıda yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda 1933-cü il təvəllüdlü Bibixanım Məhəmmədrəhim qızı Rəhimovaya məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 55 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi B.M. Rəhimovanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakıda nəfər yanaraq ölüb

RƏYLƏR


Top news