Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İrandan Səudiyyə Ərəbistanına güc nümayişi (VİDEO, FOTO)

İrandan Səudiyyə Ərəbistanına güc nümayişi (VİDEO, FOTO)

İranla Səudiyyə arasında Həcc ziyarəti danışıqları başladı (24 Fevral 2017 10:13)
Səudiyyə Ərəbistanına ballistik raket atdılar (16 Fevral 2017 11:27)

Tarix: 5 Yanvar 2016 23:51

İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər gərginləşməkdə davam edərkən, İran İnqilab keşikçiləri Ordusu yer altı tunellərin qapılarını açaraq saxlanılan ballistik raket bazasını nümayiş etdirib.

ANS PRESS-in məlumatına görə, İranın parlament sədri Əli Laricani gəzdiyi yeraltı bazada "Emad" tipli balistik raketlər ilə tanış olub.

Maye yanacaqla işləyən və uzaqmənzilli atış qabiliyyətinə malik olduğu deyilən “Emad” raketlərinin oktyabr ayında sınaq təlimləri həyata keçirlib.



Yerin altında olan bazanın ölkənin hansı bölgəsində olduğu haqda məlumat verilməyib. Riyad-Tehran arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf etməsi diqqət çəkir.

İran İnqilab keşikçiləri ordusu ilk dəfə keçən ilin oktyabr ayında yerin altındakı gizli raket anbarının qapılarını mətbuata açmışdı.


Əli Laricani - İran parlamentinin sədri





Teqlər:  İrandan Səudiyyə Ərəbistanına güc nümayişi VİDEO FOTO



RƏYLƏR


Top xəbərlər