30 yaşlı Pınar Dileklə evlənməyə hazırlaşan müğənni Tarkanın gələcək qayınatası Ali Dilekin fotosu yayılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evlənəcəyi xəbərindən sonra sosial şəbəkədə izləyicilərinin sayı azalan ifaçının sevgilisinin atası urfalıdır.Hazırda Almaniyada yaşayan Ali Dilek uşaqlarıyla birlikdə hər il Urfada yaşayan ailəsni ziyarət edir. O, qızı Pınarla ailə ziyarəti zamanı görüntülənib.
Qeyd edək ki, Tarkanla ailə qurmağa hazırlaşan Pınar Almaniyada anadan olub və ictimaiyyətlə əlaqələr sektorunda çalışır.