Bakının mərkəzində insan həyatı heçə sayılır - FOTO

Bakının mərkəzində insan həyatı heçə sayılır - FOTO
23:57 5 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Nəsimi rayonu ərazisində tikintisi davam edən binada təhlükəsizlik tədbirlərinə əməl edilməməsi həm sürücülərin, həm də piyadaların həyatına təhlükə yaradır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hər gün Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçəsi ilə hərəkət edən sürücülər və piyadalar yeni inşa edilən çoxmərtəbəli binanın yanından keçərkən bilərəkdən və ya bilməyərəkdən həyatlarını təhlükəyə atırlar. Binanın inşasında istifadə olunan kran hər dəfə hərəkət edərkən Ceyhun Hacıbəyli küçəsindəki avtomobil yolunun üzərindən keçir.

Bu yolla hərəkət edən avtomobillər ciddi təhülkə ilə üz-üzə qalırlar. İşıqforda dayanan avtomobillərin üzərindən ağır yüklər qaldıran kran hərəkət edir, bu azmış kimi tikinti başlayarkən səki də zəbt edilib. Və bununla da piyadaların hərəkəti məhdudlaşdırılıb. Piyadalar məcburən yolun avtomobillər hərəkət edən hissəsindən keçərək yollarına davam etməli olurlar. Bundan başqa, binanın istənilən mərtəbəsindən düşə biləcək bir tikinti materialı belə piyadaların həyatına təhlükə yaradır. Çünki belə qəzaların qarşısını almaq üçün də heç bir tədbir görülməyib.   

16 mərtəbəli bina "Konstrakşın Klass" MMC-in sifarişi ilə "Azxin- M" LTD tərəfindən inşa edilir.

Qeyd edək ki, Bakıda bu cür təhləükəli tikililərə bir çox yerdə rast gəlmək mümkündür. Tikintidə təhlükəsizlik tədbirlərinə əməl edilməməsi bir neçə dəfə faciələrlə nəticələnib. Kranların aşması, hündür mərətəbədən düşən tikinti materialları insan ölümünə və maddi ziyanlara səbəb olub.
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR