Qəbələdə 332 nəfər işlə təmin olunub

Qəbələdə 332 nəfər işlə təmin olunub
00:18 6 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 6 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
2015-ci ildə Qəbələ rayon Məşğulluq Mərkəzinə 705 nəfər işaxtaran vətəndaş müraciət edib. Onlardan 148-i qadın, 178-i gəncdir.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müraciət edənlərin 332 nəfəri öz peşəsinə uyğun daimi işlə təmin olunub. Onların da 76-sı qadın, 153-ü gəncdir. Vətəndaşlar əsasən tikinti, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, turizm və kommunal xidmət sahələrində, otel, mağaza və restoranlarda işlə təmin edilib.
Bundan əlavə, Məşğulluq Mərkəzi 17 nəfəri peşə hazırlığı kurslarına cəlb edib, 22 nəfərə işsiz statusu verərək müavinət ödəyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelede_332_nefer_isle_temin_olunub-916312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR