Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Prezident tarixi qərarı aglayaraq verdi (VİDEO,FOTO)

Prezident tarixi qərarı aglayaraq verdi (VİDEO,FOTO)

Date: 6 January 2016 00:26

ABŞ prezidenti Barak Obama ölkəsində silahlı hücumlar zamanı həyatını itirən uşaqlar haqqinda danışarkən göz yaşlarını saxlaya bilməyib.

ANS PRESS-in məlumatına görə, bu an ABŞ liderinin rəsmi saytında yerləşdirilən videoda əksini tapıb.

Obama odlu silahlarla törədilmiş cinayətlərin qarşısının alınması məqsədi ilə silah satışına nəzarətin gücləndirilməsi ilə bağlı bir sıra yeni qərarlarını açıqlayıb. Obama ABŞ-da "Sandy Hook" məktəbinə silahlı hücumda həyatını itirən uşaqlara bağlı danışarkən ağlayıb. Qeyd edək ki, məktəbə hücum zamanı 26 nəfər həlak olub.



Obamanın hədəfində son illərdə ölkədə artım olan silahlı hücumlar yer alıb. Prezident hər kəsə sağlam düşüncə çağırışı edib və həyatları qorumaq üçün ortaq addımlar atılmasının lazım olduğunu qeyd edib.



ABŞ lideri silah satıcılarının bir sonrakı mərhələyə keçməyə hazır olduğunu, daha çox satıcının da bu səyə dəstək verməsinə ümid etdiyini sözlərinə əlavə edib.

Bundan başqa hazırda qüvvədə olan silah satışına dair qanunların daha da sərtləşdirilməsi gözlənilir.

Olduqca kövrək olan ABŞ lideri bunadək bir neçə dəfə belə hal yaşayıb. O, Arizonadakı Tusan şəhərindəki gülləbaran nəticəsində həlak olanların anım mərasimindəki çıxışı zamanı bir neçə dəfə gözləri dolub. Mərasimə toplaşanlar da göz yaşlarını saxlaya bilməyiblər. Obamanın həmçinin seçki kampaniyasının iştirakçılarına müraciət edərkən gözləri yaşarıb.


Tags:  Prezident tarixi qərarı aglayaraq verdi VİDEO FOTO


RƏYLƏR


Top news