Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"ın bu il ilk transferi

"Qalatasaray"ın bu il ilk transferi

Date: 6 January 2016 01:36

Türkiyənin "Qalatasaray" klubu bu il ilk transferini rəsmiləşdirib.

ANS PRESS-in məlumatına görə, İstanbullular 28 yaşlı Ryan Donku rənglərinə bağlayıb.

"Qalatasaray" bir müddət əvvəl danışıqlar apardığı hollandiyalı müdafiəçi üçün keçmiş klubu "Kasımpaşa"ya 2.5 milyon avro təzminat ödəyib. "Aslan"lar universal futbolçu ilə 2.5 illik müqavilə imzalayıb. Ryan Donkun "Qalatasaray" heyətində matç başına on beş min avro alacağı gözlənilir.



Belçikanın “Brüge” klubundan Türkiyənin “Kasımpaşa”ya transfer olunan Ryan Donk Türkiyə Super Liqasında göstərdiyi yaxşı oyunla diqqət mərkəzinə düşməyi bacarıb. Donk həmçinin universallığı ilə seçilir ki, bu da "Qalatasaray"ın işinə çox yarayacaq.

Tags:  Qalatasarayın bu il ilk transferi

RƏYLƏR


Top news