Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

BMT Yəməndə atəşkəsi bərpa etməyə çağırıb

BMT Yəməndə atəşkəsi bərpa etməyə çağırıb

BMT-nin baş katibi Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırıb (28 Fevral 2017 04:12)

Tarix: 6 Yanvar 2016 01:37

Bakı. 6 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Yəməndə vəziyyətin yenidən gərginləşməsindən narahatdır.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının hazırkı sədri, Uruqvayın BMT-dəki daimi nümayəndəsi Elbio Roselli bildirib ki, münaqişə tərəfləri atəşkəsi bərpa etməli və yanvarın 14-də keçirilməsi nəzərdə tutulan sülh danışıqlarının növbəti raundunda iştirak etməlidir.
"BMT TŞ hesab edir ki, tərəflər artıq təxribat və zorakılıqdan çəkinməlidir. Beləliklə, mülki əhaliyə yardımın göstərilməsi də mümkün olacaq", - deyə E.Roselli qeyd edib.
Xatırladaq ki, Yəməndə atəşkəs dekabrın 15-də elan edilmişdi. Yanvarın 2-də Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya təktərəfli olaraq bu razılaşmadan çəkildiyi bəyan etdi.

Teqlər:  BMT Yəməndə atəşkəsi bərpa etməyə çağırıb



RƏYLƏR


Top xəbərlər