Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Misir ordusu daha 32 terrorçunu məhv edib

Misir ordusu daha 32 terrorçunu məhv edib

Date: 6 January 2016 02:37

Bakı. 6 yanvar. REPORT.AZ/ Misir ordusu Sinay yarımadasının şimalında ötən gün ərzində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) yerli bölməsi olan "Vilayət Sinay" təşkilatının daha 32 yaraqlısını məhv edib.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bölgədə antiterror əməliyyatı dörd gündür davam edir.
Ordu rəsmilərinin məlumatına görə, hərbi aviasiyanın da dəstəyi ilə davam edən əməliyyat zamanı, ümumilikdə "Vilayət Sinay" təşkilatının yüzdən çox yaraqlısı öldürülüb.

Tags:  Misir ordusu 32 terrorçunu məhv edib

RƏYLƏR


Top news