Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya İŞİD-ə qarşı mübarizəni gücləndirir

Almaniya İŞİD-ə qarşı mübarizəni gücləndirir

Date: 6 January 2016 02:38

Bakı. Trend:

İŞİD-ə qarşı hava kəşfiyyatı əməliyyatlarında iştirak etmək üçün dörd Tornado təyyarəsi Almaniya aviabazalarından havaya qalxıb. Təyyarələrin ikisi Almaniya Hərbi Hava Qüvvələrinin Şlezvinq-Qolşteyn federal əyalətindəki Yagel aviabazasından, qalan ikisi Büxeldəki (Reynland-Pfalts) bazasından havaya qalxıb. Bu təyyarələr Türkiyədəki İncirlik hərbi bazasına istiqamət götürüb.

Trend-in məlumatına görə, bir gün əvvəl hərbi aerobus kəşfiyyat missiyasına qatılmaq, habelə bundesverin yanacaqdoldurma təyyarəsinə xidmət etmək üçün Türkiyə bazasına 140 alman əsgəri çatdırılıb.

Dekabrın ortalarında Yaqel aviabazasından havaya qalxan ilk iki təyyarə yaxın günlərdə Almaniya qayıtmalıdır. Bu ayın ortalarında onları əvəzləmək üçün daha iki kəşfiyyatçı təyyarə İncirliyə göndəriləcək. Beləliklə, İŞİD-ə qarşı mübarizədə iştirak edən Almaniyaya məxsus təyyarələrin sayı altıya çatacaq və bundesver tam həcmdə əməliyyata başlayacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Almaniya İŞİD-ə qarşı mübarizəni gücləndirir

RƏYLƏR


Top news