“Twitter” dən yenilik (FOTO)

“Twitter” dən yenilik (FOTO)
03:11 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

“Twitter” mesajların uzunluğuna olan məhdudiyyəti ləğv etməyi planlaşdırır.

ANS PRESS-in məlumatına görə, bundan sonra sosial şəbəkədə yazılan mesajları 140 işarədən çox yazmaq mümkün olacaq.

"Tvitter" şəbəkəsinin mütəxəssislər komandası yeni funksiyanı hazırlayır. Bu funksiya 140-dan çox simvol olan xəbəri göndərməyə icazə verəcək. Bu haqda şirkətdə olan mənbələrə istinadən "Re/code" portalı bildirib. Onun məlumatlarına görə, yeni həd 10 min işarə təşkil edə bilər.

Yeniliklərin nə vaxt işə salınmasının tarixi hələ müəyyən edilməyib. Ancaq “şirkət onları martın sonuna kimi həyata keçirməyə ümid edir” deyə mənbə bildirib.

2006-cı ildə yaradılmış “Twitter” sosial şəbəkəsi dünyada 500 milyondan çox istifadəçini birləşdirir.


Cek Dorsi

Bundan əvvəl “Twitter” sosial şəbəkə vasitəsi ilə video paylaşımını çox asanlaşdırıb. Sosial şəbəkədə son yenilənmədən sonra “Twitter”də mobil telefondan video paylaşmaq çox sadə hala gətirilib. Bunun üçün mobil telefonunuzda “Twitter”i açdıqdan sonra ilk olaraq tweet yazma düyməsinə basmalısınız. Daha sonra ekranın alt qisimində olan foto simvolunu basaraq videonu seçirsiniz. Lakin videonuz ən çox 30 saniyə olmalıdır. Daha sonra paylaşma düyməsinə basaraq videonuzu paylaşırsınız. Bununla yanaşı, videonuzu istədiyiniz hissəsindən kəsərək də seçə və paylaşa bilərsiniz.

Qeyd edək ki, "Twitter" sosial şəbəkəsinin təsisçisi Cek Dorsidir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR