Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Türkiyə Hava Yolları" 82 reysi təxirə salıb

"Türkiyə Hava Yolları" 82 reysi təxirə salıb

Date: 6 January 2016 03:42

Bakı. 6 yanvar. REPORT.AZ/ "Türkiyə Hava Yolları" şirkəti 6 və 7 yanvar tarixlərində İstanbulun hava limanlarından 82 reysin eniş və qalxmasını təxirə salıb.
"Report" xəbər verir ki, bu haqda "Hürriyet"qəzeti məlumat yayıb.
Məlumata görə, reyslər İstanbulda güclü külək və leysan ehtimalına görə təxirə salınıb.
Xəbərdə bildirilib ki, səyahətdən öncə müştərilər şirkətin saytından əlavə məlumat əldə edə bilər.
Təxirə salınan reyslər arasına İstanbul-Bakı reysi də daxil edilib.

Tags:  Türkiyə Hava Yolları 82 reysi təxirə salıb

RƏYLƏR


Top news