İŞİD-dən türkmənlərə misilsiz vəhşilik

İŞİD-dən türkmənlərə misilsiz vəhşilik
04:26 6 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Son həftələr müxtəlif cəbhələrdə ardıcıl məğlubiyyətlərə düçar olan İŞİD terror qruplaşması növbəti misilsiz vəhşiliyə imza atıb. ANS PRESS-in məlumatına görə, İŞİD silahlıları Suriyada çox sayda türkmənin başını kəsərək kənd meydanına düzüblər.

Bir müddət əvvəl İŞİD qruplaşmasının işğalı altında olan Azəz şəhərinin Düdən kəndi türkmənlərə aid “Sultan Murad” diviziyası tərəfindən geri alınmışdı. Kəndi itirən İŞİD silahlıları isə dəhşətli bir plan hazırlayıblar. Qruplaşma üzvləri saqqallarını qırxaraq və paltarlarını dəyişdirərək kəndlilərin arasına qarışıblar.

Silahlılar pusqu quraraq 35 türkmənin başını kəsiblər və həmin başları kəndin meydanına düzüblər. türkmən qüvvələri bu vəhşiliyi törədərək kənddən qaçan İŞİD silahlılarını ələ keçirmək üçün əməliyyatlara başlayıblar.

Qanlı hadisənin qurbanlarından biri olan Əli Mustafanın Qaziantepdə yaşayan qardaşı Camal Mustafa ərəblərdən ibarət “Cəbhəyi Şamiyyə” birliyinin İŞİD-lə əməkdaşlıq etdiyini, türkmənlərə “heç bir təhlükə yoxdur” – deyərək kəndə girmələrinə yardım etdiklərini deyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR