Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Tvitter” postlarında simvolların sayı 10 minədək çoxaldılacaq

“Tvitter” postlarında simvolların sayı 10 minədək çoxaldılacaq

Date: 6 January 2016 05:04

“Tvitter” sosial şəbəkənin yaradıcıları dərc edilən postlarda (yazılarda) simvolların sayını 10 minədək çoxaltmaq niyyətindədirlər. APA-nın məlumatına görə, bu barədə “Re/code” xəbər portalı məlumat yayıb.

 

Hazırda istifadəçilər maksimum 140 simvoldan ibarət postlar dərc edə bilirlər. Lakin, artıq 2016-cı ilin birinci rübünün sonuna bu məhdudiyyətə  dəyişiklik ediləcəyi planlaşdırılır.  “Re/code”nin məlumatına görə, şirkətin mənzil-qərargahında bu məlumata şərh verməkdən boyun qaçırıblar.

 

Qeyd edək ki, ABŞ-ın “Twitter Inc.” Şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin mənzil-qərargahı  Kaliforniya ştatının San Fransisko şəhərində yerləşir. 


Tags:  Tvitter postlarında simvolların sayı 10 minədək çoxaldılacaq

RƏYLƏR


Top news