Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İkimərtəbəli ev əşyalarla birlikdə yanıb kül oldu

İkimərtəbəli ev əşyalarla birlikdə yanıb kül oldu

Date: 6 January 2016 05:54

Zaqatalada fərdi yaşayış evi yanıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın hadisəsi bu gün saat 02 radələrində rayonun Yuxarı Tala kəndində, kənd sakini Feyzullah Teymurxanova məxsus, ümumi sahəsi 260 kv. m olan ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ev içərisindəki ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğın baş verən zaman ev sahiblərindən evdə heç kim olmayıb. Yanğın zamanı xəsarət alan yoxdur.

 

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.


Tags:  İkimərtəbəli ev əşyalarla birlikdə yanıb kül oldu

RƏYLƏR


Top news