Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

THY 84 uçuşu ləğv etdi

THY 84 uçuşu ləğv etdi

Date: 6 January 2016 06:46

Türkiyənin aviaşirkəti “Türk Hava Yolları” (THY) “Atatürk” hava limanında gözlənilən fırtına səbəbindən 2016-cı il 6-7 yanvar tarixlərdə həyata keçiriləcək 84 uçuşu ləğv edib. ANS PRESS-in xəbərinə görə, bu barədə THY-nin rəsmi internet saytında məlumat yayılıb.

“İstanbul “Atatürk” hava limanında baş verməsi gözlənilən fırtına şiddətindəki cənub küləyi səbəbindən uçuş həcminin azaldılması istiqamətində daxili və xarici reyslə planlaşdırılan 84 uçuş həyata keçirilməyəcək.” – deyə saytın açıqlamasında bildirilir.

Sərnişinlər səyahətdən əvvəl qurumun internet saytına daxil olaraq ləğv edilən reyslər barədə məlumat əldə edə bilərlər.

Tags:  THY 84 uçuşu ləğv etdi


RƏYLƏR


Top news