Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uxa və rassteqay

Uxa və rassteqay

Date: 6 January 2016 07:05

Milli.Az uxa (balıq şorbası) və rassteqayın hazırlanma qaydasını təqdim edir

Tərkibi (8-10)

şorba: 
1200 q somğa balığı (syomqa)
300 q yerkökü
200 q baş soğan 
600 q kartof
2 dəfnə yarpağı
2 dənəvər ağ istiot
qara üyüdülmüş istiot
5 qara dənəvər istiot
duz

rassteqay (üstüaçıq bulkalar):
400-450 q un
2 yumurta
125 ml süd
25 q yaş maya
1 x.q. şəkər tozu
0,5 ç.q. duz
1 x.q. kərə yağı
1 x.q. qaymaq
2 baş soğan 
400 q bişmiş balıq 
şüyüd

Şorba: 
Soğanla yerkökünü təmizləyin, yerkökünü iri doğrayın. Tavanı qızdırıb soğanla yerkökünü içinə qoyun, yağ vurmadan hər tərəfini qızardın. 
Çıxarıb qazana yığın, balığın (forel də götürmək olar) quyruq hissəsini və 3 l qaynanmış su əlavə edin. Qaynara düşəndə kəfini yığın, 2 dəfnə yarpağı, 5 qara və 2 ağ dənəvər istiot əlavə edin, qazanın qapağını örtüb ocağı azaldın, 20 dəqiqə bişirin. 
Kartofu təmizləyib iri doğrayın. Qazana əlavə edib daha 10 dəqiqə bişirin. Duz-istiot vurun, şüyüd səpin, ocaqdan götürün. 

Rassteqay:
Barata: südü azca qızdırıb mayanı içində əridin, 1 x.q. şəkər tozu ilə 1 x.q. un əlavə edib qarışdırın, 30 dəqiqə, köpüklənincə saxlayın. Sonra 1 yumurta, əridilmiş kərə yağı, unun qalanını, yarım çay qaşığı duz əlavə edib xəmir yoğurun, 2,5 saat istidə saxlayın. Bu müddətdən sonra 1 dəfə də ətləyin və daha 1 saat isti yerdə saxlayın. 
İç: Soğanı xırda doğrayıb bitki yağında qovurun. Bişmiş balıq ətini çəngəllə əzin, soğanla, qaymaqla, xırdalanmış şüyüdlə qarışdırın, duz-istiot vurun. 
Xəmirdən 10 kündə tutun. Perqament döşənmiş siniyə düzün. 10 dəqiqə saxlayın. Hər birini əlinizlə yayın. Ortasına uzunasına iç qoyun. Kənarlarını birləşdirib ortasını açıq qoyun. 15 dəqiqə saxlayın. Üzərinə yumurta çəkin. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Üzərinə təmiz dəsmal çəkib 10 dəqiqə saxlayın. 
Hər bulkanın ortasına 2 x.q. şorbanın suyundan töküb uxayla birlikdə süfrəyə verin. 

Nuş olsun! 

Milli.Az


Tags:  Uxa rassteqay

RƏYLƏR


Top news