Dünyanın ən bahalı futbolçuları (SİYAHI)

Dünyanın ən bahalı futbolçuları (SİYAHI)
07:06 6 Yanvar 2016
107 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) Avropanın 5 ən böyük liqasında çıxış edən oyunçuların dəyərini müəyyən etmək məqsədi ilə araşdırma aparıb.

ANS PRESS-in məlumatına görə, araşdırmalar zamanı futbolçuların klubları və milli komandadakı vəziyyəti, müqavilələrinin müddəti, yaşları, mövqeləri və çıxışlarına əsasən siyahı hazırlanıb.

Siyahıda "Barselona"nın futbolçusu Lionel Messi ilk pillədə yer alıb. Onun dəyərinin 250 milyon 700 min avro olduğu bildirilib. Neymar ikinci, Eden Hazard üçüncü olub. Kriştiano Ronaldo isə siyahının dördüncü pilləsində qərarlaşıb. Dünyanın ən bahalı 10 futbolçusunun siyahısı:

1. Lionel Messi ("Barselona") - 250 milyon 700 min avro
2. Neymar ("Barselona") - 152 milyon 700 min avro
3. Eden Hazard ("Çelsi") - 130 milyon 500 min avro
4. Kriştiano Ronaldo ("Real") - 114 milyon avro
5. Harri Keyn ("Tottenhem") - 91 milyon 300 min avro
6. Rahim Sterlinq ("Mançester Siti") - 98 milyon 800 min avro
7. Antuan Qrizmann ("Atletiko") - 88 milyon 300 min avro
8. Luis Suares ("Barselona") - 86 milyon 300 min avro
9. Serxio Aquero ("Mançester Siti") - 82 milyon 100 min avro
10. Aleksis Sançes ("Arsenal") - 81 milyon 900 min avro


Kriştiano Ronaldo

Qeyd edək ki, dünən Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən, dünyanın ən yaxşı yarımmüdafiəçilərin reytinq siyahısını dərc edib. “Barselona” klubunun hücumçusu Lionel Messi karyerası ərzində ilk dəfə ilin ən yaxşı yarımmüdafiəçi seçilib. Messi 165 xal yığaraq komanda yoldaşı Andreas İnyestanı qabaqlayıb. İnyesta 91 xal toplayıb. “Nyork Siti”nin italiyalı ulduzu Andrea Pirlo 51 xalla 3-cü pillədədir.


Toni Kroos - futbolçu

Ötən il ən yaxşı yarımmüdafiəçi Toni Kroos seçilib. 6 il əvvəl isə “Barselona”nın futbolçusu Xavi seçilib. İnyesta isə 2012-2013-ci ildə bütün rəqiblərini qabaqlıyaraq 1-ci olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR