Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya xüsusi təyinatlılarla Türkiyədə məxfi əməliyyata hazırlaşır

Rusiya xüsusi təyinatlılarla Türkiyədə məxfi əməliyyata hazırlaşır

Date: 6 January 2016 07:41

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyədə məxfi əməliyyatlara hazırlaşır. ANS PRESS-in məlumatına görə, FSB ABŞ və Türkiyədə məxfi əməliyyatlar keçirmək üçün təkliflər paketi hazırlayaraq Rusiya Dövlət Dumasının üzvlərinə təqdim edib.

İddialara görə, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə hazırlanan təkliflər paketində rəsmi Moskvanın xüsusi əməliyyatlarda istifadə etdiyi desant ordusuna Türkiyə ərazisində məxfi əməliyyat keçirməsi üçün tam səlahiyyət verilməsi tələb olunur.

İzn veriləcəyi təqdirdə daha əvvəl Ukrayna və s. ölkələrdə xidmət göstərmiş məxfi ordunun Türkiyədə xaos yaradacaq əməliyyatlar planlaşdıracağı bildirilir.

Həmçinin təkliflər paketində Türkiyənin Rusiya qırıcısını vurması, İŞİD terror qruplaşmasına yardım etməsi irəli sürülür və Rusiyanın bu təhlükə qarşısında Türkiyədə əməliyyatlara başlaması üçün izn istənir.

NATO sözçüsü Lunqesku isə Rusiyanın təhlükəsizlik doktrinini araşdırdıqlarını deyib: “Rusiya üçün təhlükə yaratmağımız barədə iddiaları qəbul etmirik.” – deyə NATO rəsmisi bildirib.

Tags:  Rusiya xüsusi təyinatlılarla Türkiyədə məxfi əməliyyata hazırlaşır


RƏYLƏR


Top news