Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ silah bazarında canlanma var

ABŞ silah bazarında canlanma var

Tarix: 6 Yanvar 2016 07:56

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama silah dövriyyəsi üzərində nəzarətin gücləndirilməsinə dair planını açıqladıqdan sonra ölkədə silah bazarında canlanma yaşanıb.

ANS PRESS-in məlumatına görə, silah istehsalçısı “Smith & Wesson” (smit end uesson) şirkətinin səhmləri 1999-cu ildən indiyə kimi rekord həddə dəyər qazanıb.

Şirkətin gəlirləri ötən il 5.2 milyon dollar idisə, bu il bu rəqəm 14.2 milyon dollara çatıb. Rəhbərlik satışların son 5 ildə 38 faiz artdığını deyib.

Obamanın planına əsasən, silah əldə etmək istəyən vətəndaşların keşmiş həyatı, əqli və psixoloji durumu xüsusi yoxlamadan keçməlidir.

Teqlər:  ABŞ silah bazarında canlanma var



RƏYLƏR


Top xəbərlər