Şimali Koreya nüvə bombasını uğurla sınaqdan keçirdi

Şimali Koreya nüvə bombasını uğurla sınaqdan keçirdi
08:04 6 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə xüsusi bəyanat Şimali Koreya Mərkəzi Televiziyasının efirində səsləndirilib.  

 

Bəyanatı həmçinin Cənubi Koreya telekanalları da yayımlayıb.   

 

Qeyd edək ki, KXDR 2005-ci ildə özünü nüvə dövləti elan etdikdən sonra sayca dördüncü nüvə silahının sınağını keçirib.

 

Cənubi Koreya KİV-lərinin məlumatına görə, nüvə qurğusu təxminən 100 metr dərinlikdə partladılıb. Partlayış 5,1 bal gücündə zəlzələnin baş verməsinə səbəb olub.

 

Qeyd edək ki, hadisə ilə əlaqədar Cənubi Koreya və Yaponiyada milli təhlükəsizlik qurumlarının təcili iclası çağırılıb.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR