Tibbdə yeni kəşf - “ağıllı” sarğı

08:23 6 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Yeni kəşf olunan “ağıllı” sarğı dərinin temperaturuna nəzarət edir, avtomatik surətdə infeksiyaya qarşı dərman buraxır.
AZƏRTAC TRT-yə istinadla xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları içərisində elektronika və dərman olan yeni sarğı növü yaradıblar. Bu sarğı yaraya insanın köməyi olmadan qulluq edir.
Hidrogeldən düzəldilən möhkəm sarğı yetərincə elastikdir, hətta dizdə və dirsəkdə olduğu halda hərəkətləri məhdudlaşdırmır. Onun içində innovasiyalı ötürücülər var. Sarğı dərinin temperaturuna nəzarət edir və avtomatik surətdə infeksiyaya qarşı dərman buraxır. 90 faiz sudan ibarət olan hidrogel insan dərisinin xüsusiyyətlərini təkrar edir. Gel titan, alüminium, silikon, keramika, qızıl kimi materiallarla və adətən elekton komponentlərin hazırlanmasında istifadə olunan başqa maddələrlə güclü qarşılıqlı əlaqə yaradır. Gelin içərisindən keçən titan tellər sarğını cərəyan keçirən edir, onun içinə elektron qurğular, məsələn, yarımkeçirici çiplər yeritməyə imkan verir. Sarğıya işıq diodları da quraşdırılıb. Yaranın temperaturu müəyyən həddə çatanda və ya dərman bitəndə bu diodlar yanmağa başlayır. Sarğı təcili ixtisaslı yardım tələb olunanda uzaq məsafədən həkimi xəbərdar edə bilir.
Yeni sarğının müəllifi Szuanxe Cjao “ağıllı” gelə bənzər elastik, orqanik elektronika hazırlamağa ümid bəsləyir. Bu vasitəni bədənə, hətta implantasiya etmək mümkün olacaq.
Qeyd edək ki, “ağıllı” sarğı, ilk növbədə, daim tibbi nəzarət tələb edən və infeksiya riskinin yüksək olduğu yanıqlar üzərində sınaqdan keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tibbde_yeni_kesf___agilli_sargi-916317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR