Suriya müxalifətinin yeni tələbləri var

Suriya müxalifətinin yeni tələbləri var
08:37 6 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın müxalifət liderləri BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya rəsmi Dəməşqin etimadın artırılması istiqamətində addımlar atmasının lazım olduğunu bildiriblər. Milli.Az APA-ya istinadən bildirir ki, Suriyanın müxalifət liderləri rəsmi Dəməşqdən danışıqlara başlamazdan əvvəl həbs edilənlərin azadlığa buraxılmasını və dinc əhalinin yaşadığı ərazilərə zərbələrin endirilməməsini tələb ediblər.  
 
Agentliyin məlumatına görə, müxalifət liderlərinin müzakirəyə çıxardığı tələblər BMT Təhlükəsizlik Şurasının dekabrın 18-də qəbul etdiyi qətnaməyə uyğundur.  Bu qətnamə Suriya böhranının dinc yolla nizamlanma prosesinin  beynəlxalq "yol xəritəsi"ni dəstəkləyib.  
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR