Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İraq və Oman Tehranla müzakirələr aparacaq

İraq və Oman Tehranla müzakirələr aparacaq

Date: 6 January 2016 08:57

İraq və Omanın XİN rəhbərləri İbrahim əl Cəfəri və Yusif bin Ələvi yanvarın 6-da İran-Səudiyyə Ərəbistanı münasibətləri daxil olmaqla,  bölgədəki vəziyyəti müzakirə etmək üçün Tehrana səfər edəcəklər. 
Milli.Az APA-ya istinadən bildirir ki, diplomatlar prezident Həsən Ruhani və XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşlər keçirmək niyyətindədirlər.  
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub. 
Milli.Az


Tags:  İraq Oman Tehranla müzakirələr aparacaq


RƏYLƏR


Top news