Azərbaycanlı biznesmen Türkiyədə soyuldu

Azərbaycanlı biznesmen Türkiyədə soyuldu
09:06 6 Yanvar 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə azərbaycanlı iş adamına qarşı soyğunçuluq hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı biznesmen Bəxtiyar Muradova aid, içində “Qalatasaray” klubunun rəsmi satış mağazasının iki günlük qazancı, bir miqdar qızıl və xüsusi əşyalarının olduğu çanta, rəhbəri olduğu restoranda oğurlanıb.

Bəxtiyar Muradov əl çantası işlətdiyi kafedə, masalardan birinin üstündən naməlum şəkildə oğurlanıb. Çantanın içərisində 5 273 azn pul 10 546 azn dəyərində qızıl zinət əşyaları olub.

"İş yerində axtardıq, personaldan soruşdum. Heç kim görmədiyini deyir. Çantanı gətirməmiş ola biləcəyimi düşündüm. Sonra kamera qeydlərinə baxdıq. Çantanın oğurlandığını o zaman anladım." - deyə biznesmen bildirir.

Bəxtiyar Muradov, çantada olan yaddaş kartında vəfat edən ailə üzvlərinin əhəmiyyətli fotoşəkilləri ilə "Qalatasaray" mağazasına məxsus məlumatların olduğunu qeyd edib.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR