Benites üçüncü dəfə təzminat alacaq

Benites üçüncü dəfə təzminat alacaq
09:12 6 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

"Real" sabiq baş məşqçisi Rafael Beniteslə yolları erkən ayırdığı üçün təzminat ödəyəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" 55 yaşlı mütəxəssisi vaxtından əvvəl istefaya göndərdiyi üçün 9.9 milyon avro ödəməlidir.

Maraqlıdır ki, bu, Benitesin karyerasındakı 3-cü belə təzminatdır. Daha əvvəl o, "Liverpul"dan qovularaq 4, "İnter"dən qovulduqdan sonra isə 3 milyon avro təzminat əldə etmişdi.
 
Qeyd edək ki, ispan mütəxəssis dünən "Real"la yolları ayırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR