Kim Çen In hidrogen bombasını sınaqdan keçirdi

Kim Çen In hidrogen bombasını sınaqdan keçirdi
09:36 6 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb. Bəyanatı həmçinin Cənubi Koreya telekanalları da yayımlayıb.

ANS PRESS-in məlumatına görə, bununla yanaşı KXDR "məsul nüvə dövləti" olduğunu və yalnız ölkə üçün təhlükə olacağı təqdirdə kütləvi qırğın silahı tətbiq edəcəyini açıqlayıb. Bundan başqa, Pxenyan bildirib ki, nüvə texnologiyalarını hər hansı dövlətə vermək niyyətində deyil.

Bəyanatda həmçinin qeyd olunur ki, KXDR öz nüvə proqramından ABŞ ona qarşı düşmənçilik siyasətindən əl çəkmədikcə əl çəkməyəcək.

Nüvə qurğusunun yerin daxilində partlatması ölkədə 5,1 bal gücündə zəlzələ olmasına səbəb olub. Müxtəlif mənbələrin məlumatına görə, yeraltı təkanların səbəbi "süni xarakterli" olub.

Zəlzələ nüvə poliqonundan 49 km şimalda Kilçji şəhərində qeydə alınıb.

KXDR 2005-ci ildə özünü nüvə dövləti elan etdikdən sonra sayca dördüncü nüvə silahının sınağını keçirib. Son illər ərzində üç nüvə sınağı həyata keçirib. Bunlar 2006, 2009 və 2013-cu illərdə baş verib.

BMT Təhlükəsizlik Şurası isə cavab olaraq Pxenyana qarşı müxtəlif sanksiyalar tətbiq edib. Dekabrın 10-də KXDR lideri Kim Çen In ölkəsində hidrogen bombası olması barədə məlumat verib. KXDR lideri onu da vurğulayıb ki, ölkədə hərbi sənayenin fəal inkişafını davam etdirmək lazımdır.

Məsələ ilə əlaqədar Cənubi Koreya və Yaponiyada milli təhlükəsizlik qurumlarının təcili iclası çağırılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR