Sağlamlıq imkanı məhdud uşaqların müəyyənləşməsində yeni meyarlar təsdiqləndi

Sağlamlıq imkanı məhdud uşaqların müəyyənləşməsində yeni meyarlar təsdiqləndi
09:47 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları müəyyən edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də əksini tapıb. Əsasnaməyə əsasən, uşaqların sağlamlıq imkanlarının məhdudluğu neyroinfeksiya, kəllə-beyin travması (KBT) nəticəsində nəzərəçarpan hərəki, psixi və nitq pozuntuları, davamlı, nəzərəçarpan hərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.), davamlı nitq pozuntuları: alaliya, afaziyanın kompensasiya olunmayan forması, ağır formalı dizartriya, onurğa beyninin zədələnməsi nəticəsində çanaq orqanlarının funksiya pozulmaları, epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar, dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar), eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autism, hər iki gözün görmə itiliyinin zəifləməsi, yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması, qırtlaq və traxeyanın anadangəlmə və ya qazanılmış xəstəlikləri nəticəsində sərbəst tənəffüsün traxeostomik borusuz mümkün olmaması, ağır gedişli bronxial astma, mədə-bağırsaq traktının, qaraciyərin və öd yollarının xəstəliyi, yaxud inkişaf qüsurları nəticəsində həzmin və ya qaraciyərin funksiyalarının nəzərəçarpan, dayanıqlı pozulmaları, ürəyin ritm pozulmaları (o cümlədən kardiostimulyator implantasiyası ilə) nəticəsində sinkopal vəziyyət, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı və ya xroniki nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə və qazanılmış xəstəlikləri, böyrəklərin nəzərəçarpan dayanıqlı funksiya pozulmaları, böyrək toxumasında patoloji prosesin yüksək fəallıq dərəcəsi, davamlı, II-III dərəcəli tənəffüs çatışmazlığı və ya kəskin intoksikasiya ilə müşayiət olunan ağciyər və döşdaxili limfa vəzlərinin vərəmi, qanın anadangəlmə və irsi xəstəlikləri (ildə 1 və daha çox krizlərlə və hemoqlobinin 100 q/l-dən aşağı enməsi ilə), hemorragik vaskulit nəticəsində baş vermiş, iki aydan çox davam edən və hər il təkrar olunan patoloji hallar, dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiya funksiyalarının pozulmalarına, sosial dezadaptasiya və fiziki aktivliyin kəskin məhdudlaşmasına səbəb olan patoloji hallar, birləşdirici toxumanın diffuz, yüksək fəallıq səviyyəsi ilə keçən, 3 aydan çox davam edən və hər il təkrarlanan xəstəlikləri nəticəsində baş vermiş patoloji hallar, müəyyən xəstəliklərin müalicəsi məqsədi ilə güclü təsir edən dərman preparatlarının uzunmüddətli tətbiqi nəticəsində baş vermiş, 3 aydan artıq davam edən və terapevtik korreksiya tələb olunan patoloji hallar (maddələr mübadiləsinin pozuntusu, qanın formulunun dəyişilməsi və s.), bədxassəli törəmələr, cərrahi və digər növ müalicədən sonrakı hal, həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar,  cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallarında müəyyən edilir. Bu hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 il müddətinə müəyyən edilir.
 
Uşaqların sağlamlıq imkanlarının məhdudluğu bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezlər (ikili atetoz, xoreoatetoz tipli) nəzərəçarpan koordinasiya pozulmaları, dayanıqlı, terapiya cəhətdən iki ildən çox rezistent olan qıcolmalar,  imbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi,  daun sindromu, anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (III-IV dərəcəli neyrosensor ağıreşitmə), görmə orqanının ikitərəfli, davamlı, bərpaolunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri (görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması), bir gözün olmaması və ya tam korluğu, maddələr mübadiləsinin xüsusi pəhriz tələb edən anadangəlmə, irsi xəstəlikləri, hidrosefaliyaya görə şuntlama əməliyyatından sonrakı hal, bronx-ağciyər sisteminin anadangəlmə və ya irsi xəstəlikləri (mukovissidoz, xroniki gedişli alveolitlər və ya ağciyərin digər disseminasiyalı xəstəlikləri), dayanıqlı II-III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan anadangəlmə və ya qazanılmış xroniki ağciyər-bronx xəstəlikləri, hormon asılılıqlı bronxial astma, ürəyin inkurabel xəstəlikləri, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı ilə, anadangəlmə və qazanılmış xəstəliklər nəticəsində qaraciyər funksiyasının nəzərəçarpan, dayanıqlı, bərpaolunmaz pozulmaları, xroniki böyrək çatışmazlığı, bədxassəli hipertoniya, böyrək mənşəli şəkərsiz diabet, inkurabel bədxassəli törəmələr, üzvün funksiyasını pozmuş, cərrahi müalicəsi mümkün olmayan xoşxassəli törəmələr, müalicəsi mümkün olmayan daimi sidik, nəcis və sidik tənasül fistulları, sidik və nəcissaxlamanın pozulmaları,  daxili orqanların (ağciyər, qaraciyər, böyrəklər, sidik kisəsi və s.) çıxarılması, rezeksiyası və ya olmaması, həmçinin inkişafdan qalması nəticəsində funksiyaların dayanıqlı pozulması ilə nəticələnmiş patoloji hallar, anadangəlmə qüsurlar (orqanların tam və ya qismən aplaziyası), üz skeleti və əzələlərin qazanılmış defekt və deformasiyaları nəticəsində tənəffüs, çeynəmə, udma, nitq funksiyasının pozulması, dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmazpozulmaları, bir ətrafın güdülü, birinci barmaq da daxil olmaqla əlin üç və ya onsuz dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiyası nəticəsində əlin güdülü, kəllə sümüyünün genişölçülü sümük defekti, ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması, onurğanın və döş qəfəsinin II dərəcəli tənəffüs çatışmazlığı və ya dayaq-hərəkət aparatının nəzərəçarpan funksiya pozuntusu ilə müşayiət olunan III-IV dərəcəli deformasiyaları, daxili sekresiya vəzilərinin funksiya çatışmazlığı, şəkərli diabet (insulindən asılı forması), şəkərsiz diabet, İtsenko-Kuşinq xəstəliyi, böyrəküstü vəzin çatışmazlığı (Addison xəstəliyi, total adrenoektomiyadan sonrakı hal, böyrəküstü vəzilərin qabığının anadangəlmə disfunksiyası), hipofizar nanizm, qazanılmış və ya anadangəlmə ağır formalı hipotireoz, hipoparatireoz,  IV dərəcəli piylənmə, ağır formalı toksiki diffuzzob, leykoz, limfoqranulomatoz, histiositoz, qanyaranmanın anadangəlmə və ya qazanılmış hipoplastik və aplastik vəziyyəti (hemoqlobinin 100 q/l-dən aşağı olması, trombositlərin 1 kub/mm-də 100.000-dən aşağı olması, leykositlərin 1 kub/mm-də 4000-dən az olması), koaqulopatiya və trombositopatiyanın ağır formaları, trombositopenikpurpura, ardıcıl residivli gediş, ağır hemorrogikkrizlərlə(qanda 1 kub/mm-də trombositlərin 50000-dən az olması), talassemiya, anadangəlmə immunçatışmazlığı, ağır kombinə olunmuş immunçatışmazlığı, aqammaqlobulinemiya, hipoqammaqlobulinemiya, septik qranulematoz, limfa vəzilərinin ağciyərlərin, qaraciyərin və başqa orqanların residivli bakterial yoluxmaları, hiperimmunoqlobulinemiya - E sindromunun dərialtı toxumanın, ağciyərlərin, qaraciyərin və başqa orqanların "soyuq absesləri" ilə müşayiət olunması, immunoqlobulin E-nin qanın zərdabında 1000 KED/l-dən yüksək olması,  qazanılmış immunçatışmazlığı, klinik təzahürlərlə hallarında da müəyyən edilir. Bu hallarda  18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR