​Azərbaycan millisi beynəlxalq turnirdə növbəti oyununu keçirəcək

​Azərbaycan millisi beynəlxalq turnirdə növbəti oyununu keçirəcək
09:47 6 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə keçirilən XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxacaq. "Report"un məlumatına görə, C qrupunda yer alan millinin rəqibi Bolqarıstanın U-19 komandası olacaq.
Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk turda Bolqarıstana 4:1 hesabı ilə qalib gələn Sloveniya qrup lideridir. Azərbaycan və Latviya isə hərəyə 1 xalla 2-3-cü pillələri bölüşürlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-millisi-beynelxalq-turnirde-novbeti-oyununu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR