"Moody 's": 2016-cı ildə dünyanın neft-qaz şirkətləri investisiyaları ən azı 20-25 faiz kəsəcək

"Moody 's": 2016-cı ildə dünyanın neft-qaz şirkətləri investisiyaları ən azı 20-25 faiz kəsəcək
09:47 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Dünyanın neft və qaz şirkətləri neftin qiymətinin aşağı olması fonunda 2016-cı ildə əsaslı kapital yatırımını azaldacaq. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu "Moody`s" beynəlxalq reytinq agentliyinin mütəxəssisləri proqnozlaşdırır.
Agentliyin şərhində deyilir ki, neft və qazın aşağı qiymətlərə satılması onsuz da məhdud maliyyə elastikliyinə malik neft və qaz şirkətlərinə maliyyə axınının və likvidliyin azalması bahasına başa gəlib. Ekspertlər vurğulayır ki, hətta iri, çoxşaxəli şirkətlər də maliyyə elastikliyinin zəifləməsi ilə üzləşəcək.
"Moody 's"in proqnozuna görə, cari ildə upstream seqmentində (geoloji kəşfiyyat və hasilat) dünyanın neft-qaz şirkətləri investisiyaları ən azı 20-25 faiz kəsəcək.
Proqnoza əsasən, Latın Amerikasının neft şirkətləri pul vəsaitlərinin hərəkətinin zəifləməsi nəticəsində yenidən maliyyələşdirmə baxımından artan risklərlə qarşılaşacaq. Eyni zamanda azı 2017-ci ilə qədər Çinin 3 ən nəhəng neft şirkətinin - "China National Petroleum Corporation", "China Petrochemical Corporation" və "China National Offshore Oil Corporation"ın kredit göstəricilərinin pisləşəcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/moody-s-2016-ci-ilde-dunyanin-neft-qaz-sirketleri-investisiyalari-en-azi-20-25-faiz-kesecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR