"Yeni ilə mırıq dişlə girdim, yoluq çıxaram"

"Yeni ilə mırıq dişlə girdim, yoluq çıxaram"
09:52 6 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Sabirabadda qəribə hadisə: körpə dişlə doğuldu - VİDEO - FOTO (19 May 2017 12:22)

Yeni ili necə qeyd etdiniz və 2016-cı il sizin üçün necə başladı?

Milli.Az axar.az-a istinadən xəbər verir ki,  tanınmış sənət adamları bu suala belə cavab veriblər.
 
Xalq rəssamı Arif Hüseynov böyük dramaturq Axundovdan misal çəkib:
 
"Rəhmətlik Mirzə Fətəli Axundovun bir əsəri var. Kimyagər orada deyir ki, meymunu yadınıza salmayın. Amma meymunu yada salmamaq mümkün deyil. Meymun çox şən heyvandır, yəqin ki, bu, cəmiyyətə də təsir edəcək. Mənim üçün hələlik il yaxşı başlayıb".
 
Şair Aqşin Evrən yeni ildə rastlaşdığı hadisələrdən danışıb:
 
"Doğrusu, dekabrın 31-ni elə keçirmişəm ki, yanvarın 1-i yadıma gəlmir. Bu bayramda zərrə qədər də olsun rahatlıq tapa bilmədim. Sonrakı günlərdə Şirvan şəhərində oxucu dostlarla görüşdük. Getdiyim 3-4 yerdə insanlar şəhərdə kitab mağazaları olmadığından gileyləndilər. Sonra 1 yaşlı bacım oğluna göstərmək üçün telefonla Şaxta babanın şəklini çəkdim, o boyda "ağsaqqal" gəlib buna görə məndən 2 manat istədi. Ona dedim ki, sən Şaxta babasan, özünü JEK müdiri, yolkəsən kimi aparma. Başa düşdüm ki, bunlara kitab, bəşəri musiqi, insani dəyərlər mütləq şəkildə lazımdır. Hə, bir də bir mənzərə məni dərindən sarsıtdı. Uşaqlar artıq qardan zövq ala bilmirlər: qarın üstündə ancaq ayaq izləri var idi, bir dənə də əl izinə rast gələ bilmədim".
 
Yazıçı Müşviq Xan dünyanın bütün meymunlarını salamladı:
 
"Çarlz Darvinin "İnsanın mənşəyi və təkamülü" əsərində insanın primatlardan təkamülü ilə bağlı verdiyi nəzəriyyə dünya elminin tərəqqidə olduğu son onilliklərdə iflasa uğramaq səviyyəsinə qədər dışlandı. Dünyaya nə oldusa da elə bundan sonra oldu. Amma artıq 2016-cı ildəyik - Qırmızı Meymun ilində. Fürsətdən istifadə edib primatların nümunəsində dünyanın bütün şimpanzelərinə, qorillalarına və oranqutanqlarına salam deyirəm. Bu il hamımız üçün - bütün primatlar üçün uğurlu olacaq, buna inanıram. Yeni il başlayar-başlamaz Azərbaycan Milli Elmlər Akademiyasından çox mükəmməl bir təklif almışam. Üstəlik, 2015-də aylardır sürünüb-uzanan yeni romanımı 2016-nın ilk beş günündə, demək olar ki, tamamlaya bildim".
 
Şair Cəlil Cavanşir meymunun ona heç bir yenilik gətirmədiyini dedi:
"Hələ ki həyatımda elə bir yenilik yoxdur. Yeni ildə inqilabi bir yenilik olacağını da düşünmürdüm. Həyatıma qaldığım yerdən davam edirəm. Gündəlik qayğılar, kitablar, filmlər və gündəlik işimlə məşğulam. Meymunun oyunbazlıqlarına psixoloji olaraq hazıram. Yəqin, bu il ötən ildən daha əyləncəli, daha maraqlı olacaq. Hələlik yeni ilin vəd olunan sürprizlərini gözləyirəm. İnanmaq istəyirəm ki, insanlar daha ədalətli, həyat daha asan, yaşamaq daha maraqlı olacaq. Sadəcə, ümid edirəm, sonrası şair demişkən, nə ola, ola..."
 
Xalq rəssamı Ağəli İbrahimov 2016-cı ildə də bədbin olduğunu qeyd etdi:
 
"Keçən il bizim üçün və bütün dünya ölkələri üçün çox ağrılı-acılı bir il oldu. İstəyirəm ki, bu il yaxşı keçsin. Amma təəssüf ki, yeni ilin ilk günlərində hələ çox bədbinəm bu mövzuda".
 
Şair Aqşin Yenisey Meymun ilinə itkilərlə başlayıb:
 
"31 dekabrdan başlayaraq bu günəcən beş dişimi çəkiblər. Bu nağd itkilərimdir. Meymun ilində perspektivdə duran itkilər isə onların yerini doldurmaqdır ki, bu da süni dişin qiymətindən və həkimlərin insafından asılı olaraq, 700 manatdan 5000 manata qədər xərc tələb edir. Meymun ilinə mırıq girdim və əminəm ki, yoluq çıxacağam".
 
Şair Faiq Balabəyli 2016-cı ilin ilk günlərində xoş hadisələrlə qarşılaşıb:
 
"İlin ilk günündə kəndlə əlaqə saxladım, doğmalarımı təbrik etdim, anamın səhhətinin yaxşılığa doğru dəyişməsinə sevindim. İlin ikinci günü oğlum Tural hərbi xidmətini başa vurub ailəmizə qayıtdı. Komandirlərinin ona verdiyi xasiyyətnamə ürəyimcə oldu. İlin 3-cü günü kiçik qardaşımın böyük övladına nişan verdik, bu da xüsusi sevinc payımızdır. Xatirə Rəhimbəylinin haqqımda yazdığı ikinci böyük yazısı da Yeni ilin ilk günlərinə təsadüf etdi, xoş xəbər oldu. Dünən axşam artıq növbəti kitabımın əl-ayağını bir yerə yığa bildim. Fevralın 23-nə qədər istəyirəm dərc olunsun. İl hələlik yaxşı başlayıb, meymunluq edib qan qaraldacaq bir şeyə ilk 5 gündə təsadüf etməmişəm".
 
Yazıçı Şərif Ağayar yeni ilin onun üçün yaxşı başladığını bildirdi:
 
"Ayın 1-i doğum günüm idi. Çoxlu təbrik aldım. İlk gün yaxşı başladı. Hələ də hər şey normaldır. Ümid edirəm, belə də gedər".
 
Şairə Fərqanə Mehdiyeva 2003-cü ildə yazdığı bir şeiri xatırladı:
 
"Ədəbiyyat adamının nə günü, nə ili olur. Başları ayılırmı ki, Allahın ayından, ilindən xəbərləri olsun? Yaxşı yadımdadır, 2003-cü ildə belə bir şeir yazmışdım:
 
Ömrümü misralarım yeyir,
Haqqımı  "dostlarım"
Gəzişirəm öz içimdə
Oba-oba, küçə-küçə.
At ilindən it üzüylə gəlib çıxdım 2003-ə.
 
Onsuz da həyat biz yazarları top kimi fırladır. Meymun maraqlı heyvandır. Bəzi insanlardan fərqli olaraq üzündə təbəssüm var".
 
Yazıçı Qan Turalı isə meymunları yada salmaq istəmədiyini dedi:
 
"Çalışacağıq ki, bu il də meymunu yada salmadan yaşayaq. Hacı Nurunun dediklərinə əməl edək. Hələ ki, yada salmırıq, sonrası kimyagərlərdən asılıdır".
 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yevlaxda 3 yaşlı uşaq kəsici alətlə oynayan zaman ağır xəsarət alıb

28 İyun 2017 21:42

Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT

28 İyun 2017 21:42

Əfsanəyə çevrilmiş, tarixin ən gözəl NİŞAN ÜZÜKLƏRİ - FOTO

28 İyun 2017 21:37

Bu xəbəri sürücülər mütləq oxusun! - VİDEO

28 İyun 2017 21:37

Azərbaycanın məşhur cütlüyü boşandı

28 İyun 2017 21:29

Dünya bu qızdan danışır - FOTOLAR

28 İyun 2017 21:28

Ayxan Abbasov: "Differdanj" kimi rəqiblərlə matçlarda təzyiq olur"

28 İyun 2017 21:27

DİQQƏT! Kompüter şəbəkələrinə kiber hücum edib 300 dollar tələb edirlər - VİDEO

28 İyun 2017 21:27

Məşhur aktyor vəfat etdi

28 İyun 2017 21:25

Putin: "Bu cəhdlərin məqsədi..."

28 İyun 2017 21:22

BMT əməkdaşları əsir götürüldü

28 İyun 2017 21:19

Planetimiz haqqında İNANMAYACAĞINIZ FAKTLAR - FOTO

28 İyun 2017 21:17

Azərbaycan Qran Prisi ötmələrə görə liderdir

28 İyun 2017 21:12

Xarici xüsusi xidmət orqanları Rusiya sərhədləri yaxınlığında terrorçuları dəstəkləyir

28 İyun 2017 21:08

Pərvin Abıyeva çimərlik geyimində: "Bayıldım" - FOTO

28 İyun 2017 21:05

Ağsuda avtomobil yanıb

28 İyun 2017 20:57

Danimarkada məscidlərə qarşı qanun layihəsi hazırlanır -

28 İyun 2017 20:56

Qazax sakini çayda boğuldu

28 İyun 2017 20:53

Ölümə səbəb olan PREPARATLAR - Məşhur bodibildinqçilərin ACI AQİBƏTİ - FOTO

28 İyun 2017 20:52

"Whatsapp" istifadəçiləri diqqət! - Cəmi 5 dəqiqəniz var!

28 İyun 2017 20:47

Xərçəngə qalib gələn MƏŞHURLAR - FOTO

28 İyun 2017 20:37

Rusiya XİN: ABŞ-a qarşı cavab tədbirləri hazırdır

28 İyun 2017 20:37

"Odla oynamayın" -

28 İyun 2017 20:37

Qazaxda bir nəfər çayda boğuldu

28 İyun 2017 20:34

Şotland futbolçu "Qəbələ"də

28 İyun 2017 20:33

Ağsuda “VAZ” yandı

28 İyun 2017 20:29

Qazax rayonunda çay kənarında meyit aşkarlanıb

28 İyun 2017 20:27

Qadını həyatdan soyudan, enerjisini öldürən 10 MƏQAM

28 İyun 2017 20:27

Cəlilabadda mağaza yanıb

28 İyun 2017 20:23

Liviya ordusu Benqazinin mərkəzində bir neçə rayonu terrorçulardan azad edib

28 İyun 2017 20:22

Heyvanlar da gülə bilirmiş - FOTO

28 İyun 2017 20:22

Doğulan kimi nişanlanan, 6-7 yaşlarında ərə verilən qızlar - QORXUNC ADƏTLƏR - FOTO

28 İyun 2017 20:17

Bakıda məşhur hind aktyoru ilə görüş keçirildi

28 İyun 2017 20:14

Qəribə toy adətləri: Ana toy gecəsi yatağın yanında oturur - FOTO

28 İyun 2017 20:12

"Əl-Qaidə" silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb

28 İyun 2017 20:07

Təyyarədə dünyaya gələn körpə - VİDEO

28 İyun 2017 20:05

Gəzintiyə çıxan Ledi Qaqa gülüş hədəfi oldu - FOTO

28 İyun 2017 19:57

Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşəcək:

28 İyun 2017 19:57

Oturuşunuz xarakterinizdən xəbər verir - FOTO

28 İyun 2017 19:52

ABŞ odla oynayır - İran rəsmisi

28 İyun 2017 19:48

"Qəbələ" klubu şotlandiyalı futbolçunu icarəyə götürüb

28 İyun 2017 19:47

Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ

28 İyun 2017 19:47

Dörd əlli, dörd ayaqlı uşaq doğuldu

28 İyun 2017 19:42

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

28 İyun 2017 19:37

Bakıda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 19:37

Xəzərdə bir nəfər boğulmaqdan xilas edilib

28 İyun 2017 19:34

Hülya Avşar: "Qadın istəmədiyi zaman xəyanətə uğramaz”

28 İyun 2017 19:33

"Bəyin oğurlanması" filminin Gülbadamı: "Ağır xəstəyəm, tək yaşayıram" - FOTO

28 İyun 2017 19:32

Fatma Mahmudova: "Elə bilirlər ki, başım keçəldir" - FOTO

28 İyun 2017 19:27

AŞ PA-nın yay sessiyasının üçüncü iş gününda qaçqın və məcburi köçkünlərin problemləri müzakirə edilib

28 İyun 2017 19:27