BMT Təhlükəsizlik Şurası fövqəladə iclas çağırdı

BMT Təhlükəsizlik Şurası fövqəladə iclas çağırdı
09:59 6 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi ilə əlaqədar fövqəladə iclas keçirəcək.

 

APA-nın TASS agentliyinə istindən verdiyi xəbərə görə, iclas ABŞ və Yaponiyanın təklifi ilə çağırılıb və qapalı olacaq.

 

Qeyd edək ki, bu gün Şimali Koreya hökuməti ölkə televiziyası ilə xüsusi bəyanat yayaraq hidrogen bombasının uğurla sınaqdan keçirildiyini bildirib. Məlumatda sınağın mənfi ekoloji təsirlərinin olmadığı xüsusi vurğulanıb.

 

Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikası əvvəllər 2006, 2009 və 2013-cü illərdə nüvə sınaqları keçirib. Buna cavab olaraq BMT TŞ rəsmi Pxenyana müxtəlif sanksiyalar tətbiq edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR