"Türkiyə 10 milyard ziyana düşəcək"

"Türkiyə 10 milyard ziyana düşəcək"
10:12 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda ən çox ziyan Türkiyənin turizm sektoruna dəyəcək.

Milli.Az bildirir ki, bunu Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
 
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər yaxın 1 ildə düzəlməsə, Türkiyəyə təqribən 10 milyard dollara yaxın ziyan dəyəcək:
 
"Son embarqolardan sonra ən çox turizm şirkətləri, otellər, əsasən də Antalya bölgəsi, fermer təsərrüfatları ziyan görəcək. Ümumiyyətlə, 19 şirkətə qadağa qoyulması çox böyük təhlükədir.
 
Eyni zamanda, hazır geyimlərin satışı ilə bağlı Türkiyə Rusiyada çox önəmli bazar payına malik idi. Bu sahədə də yaranmış problemlər artıq Türkiyə iqtisadiyyatına ciddi ziyan vurmağa başlayıb". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR