Azərbaycanda əlillik dərəcəsinin verilməsi üçün yeni meyarlar müəyyənləşib

10:12 6 Yanvar 2016
143 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un xəbərinə görə, “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq olunması haqqında” qərar 1-ci hissəsi və “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə” qərar ləğv olunub.
Əsasnaməyə görə, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib.
Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır.
Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun.
Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı, talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom, üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı, xroniki böyrək çatışmazlığının terminal mərhələsi, xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi, ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir), inkurabel onkoloji xəstəliklər, ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri- baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri, hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması), iki ətrafın güdülü, birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü, hər iki bud-çanaq oynaqlarının ankilozu, etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpaninbesillik, davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar və şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı zamanı təyin edilir.
İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlilliyə ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı, ağır formalı bədxassəli qan xəstəlikləri, ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə, ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri, ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir), ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri, endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər, etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri, hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması, epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə, hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, II – III dərəcəli arterial və ya venoz çatışmazlığı ilə, lokalizasiyasından asılı olmayaraq, III - IV mərhələ bədxassəli şişlər, xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri daxildir
Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.
Üçüncü dərəcə əlillik, ətraflardan birinin yalançı oynağı, dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması), əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi, epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla), astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya, ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində, II mərhələ bədxassəli şişlər, uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar zamanı təyin edilir.
Ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı, nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə, şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal), emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası,o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya), dağınıq skleroz, bir budun güdülü, bir əlin olmaması, beyin maddəsində və ya miokardda yad cismin olması, tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya, heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya xəstəliklərinə ikinci dərəcə əlillik müddətsiz tətin edilir.
Bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması, bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası, topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə, hər iki topuğun ankilozu və ya kəskin kontrakturası bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu, bir aşağı ətrafın 7 sm qısa olması, diz və ya bud-çanaq oynaqlarının endoprotezi, üçüncü -dördüncüdərəcə kifoskolioz, kəskin funksiya pozuntusu, əlin və ya pəncənin iflici, bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması), çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları, hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq), hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri, subklinik əlamətlərlə gedən hemofiliya, subklinik əlamətlərlə gedən talassemiya minor, anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə, kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq ) qüsuru, nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə, bir ağciyərin olmaması, gözəçarpan davranış pozuntuları olan debillik və ya yüngül dərəcəli kəmağıllıq (demensiya), etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması xəstəliklərinə müddətsiz üçüncü dərəcə əlillik verilir.
Əsasnamədə uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları göstərilib.
Uşaqların sağlamlıq imkanlarının məhdudluğu neyroinfeksiya, kəllə-beyin travması (KBT) nəticəsində nəzərəçarpanhərəki, psixi və nitq pozuntuları, davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.), davamlı nitq pozuntuları: alaliya, afaziyanın kompensasiya olunmayan forması, ağır formalı dizartriya, onurğa beyninin zədələnməsi nəticəsində çanaq orqanlarının funksiya pozulmaları, epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar, dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar), eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm, hər iki gözün görmə itiliyinin zəifləməsi, yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması, qırtlaq və traxeyanın anadangəlmə və ya qazanılmış xəstəlikləri nəticəsində sərbəst tənəffüsün traxeostomik borusuz mümkün olmaması, ağır gedişli bronxial astma, mədə-bağırsaq traktının, qaraciyərin və öd yollarının xəstəliyi, yaxud inkişaf qüsurları nəticəsində həzmin və ya qaraciyərin funksiyalarının nəzərəçarpan, dayanıqlı pozulmaları, ürəyin ritm pozulmaları (o cümlədən kardiostimulyator implantasiyası ilə) nəticəsində sinkopal vəziyyət, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı və ya xroniki nəzərəçarpanhipoksemiya ilə fəsadlaşmış anadangəlmə və qazanılmış xəstəlikləri, böyrəklərin nəzərəçarpan dayanıqlı funksiya pozulmaları, böyrək toxumasında patoloji prosesin yüksək fəallıq dərəcəsi, davamlı, II-III dərəcəli tənəffüs çatışmazlığı və ya kəskin intoksikasiya ilə müşayiət olunan ağciyər və döşdaxili limfa vəzlərinin vərəmi, qanın anadangəlmə və irsi xəstəlikləri (ildə 1 və daha çox krizlərlə və hemoqlobinin 100 q/l-dən aşağı enməsi ilə), hemorragikvaskulit nəticəsində baş vermiş, iki aydan çox davam edən və hər il təkrar olunan patoloji hallar, dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiya funksiyalarının pozulmalarına, sosial dezadaptasiya və fiziki aktivliyin kəskin məhdudlaşmasına səbəb olan patoloji hallar, birləşdirici toxumanın diffuz, yüksək fəallıq səviyyəsi ilə keçən, 3 aydan çox davam edən və hər il təkrarlanan xəstəlikləri nəticəsində baş vermiş patoloji hallar, müəyyən xəstəliklərin müalicəsi məqsədi ilə güclü təsir edən dərman preparatlarının uzunmüddətli tətbiqi nəticəsində baş vermiş, 3 aydan artıq davam edən və terapevtik korreksiya tələb olunan patoloji hallar (maddələr mübadiləsinin pozuntusu, qanın formulunun dəyişilməsi və s.), bədxassəli törəmələr, cərrahi və digər növ müalicədən sonrakı hal, həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar, cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar, bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezlər (ikili atetoz, xoreoatetoz tipli) nəzərəçarpan koordinasiya pozulmaları, dayanıqlı, terapiya cəhətdən iki ildən çox rezistent olan qıcolmalar, imbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu, anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (III-IV dərəcəli neyrosensor ağıreşitmə), görmə orqanının ikitərəfli, davamlı, bərpaolunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri (görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması), bir gözün olmaması və ya tam korluğu, maddələr mübadiləsinin xüsusi pəhriz tələb edən anadangəlmə, irsi xəstəlikləri, hidrosefaliyaya görə şuntlama əməliyyatından sonrakı hal, bronx-ağciyər sisteminin anadangəlmə və ya irsi xəstəlikləri (mukovissidoz, xroniki gedişli alveolitlər və ya ağciyərin digər disseminasiyalı xəstəlikləri), dayanıqlı II-III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan anadangəlmə və ya qazanılmış xroniki ağciyər-bronx xəstəlikləri, hormon asılılıqlı bronxial astma, ürəyin inkurabel xəstəlikləri, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı ilə, anadangəlmə və qazanılmış xəstəliklər nəticəsində qaraciyər funksiyasının nəzərəçarpan, dayanıqlı, bərpaolunmazpozulmaları, xroniki böyrək çatışmazlığı, bədxassəli hipertoniya, böyrək mənşəli şəkərsiz diabet, inkurabel bədxassəli törəmələr, üzvün funksiyasını pozmuş, cərrahi müalicəsi mümkün olmayan xoşxassəli törəmələr, müalicəsi mümkün olmayan daimi sidik, nəcis və sidik tənasül fistulları, sidik və nəcis saxlamanın pozulmaları, daxili orqanların (ağciyər, qaraciyər, böyrəklər, sidik kisəsi və s.) çıxarılması, rezeksiyası və ya olmaması, həmçinin inkişafdan qalması nəticəsində funksiyaların dayanıqlı pozulması ilə nəticələnmiş patoloji hallar, anadangəlmə qüsurlar (orqanların tam və ya qismən aplaziyası), üz skeleti və əzələlərin qazanılmış defekt və deformasiyaları nəticəsində tənəffüs, çeynəmə, udma, nitq funksiyasının pozulması, dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmazpozulmaları, bir ətrafın güdülü, birinci barmaq da daxil olmaqla əlin üç və ya onsuz dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiyası nəticəsində əlin güdülü, kəllə sümüyünün genişölçülü sümük defekti, ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması, onurğanın və döş qəfəsinin II dərəcəli tənəffüs çatışmazlığı və ya dayaq-hərəkət aparatının nəzərəçarpan funksiya pozuntusu ilə müşayiət olunan III-IV dərəcəli deformasiyaları, daxili sekresiya vəzilərinin funksiya çatışmazlığı. Şəkərli diabet (insulindən asılı forması), şəkərsiz diabet, İtsenko-Kuşinq xəstəliyi, böyrəküstü vəzin çatışmazlığı (Addison xəstəliyi, total adrenoektomiyadan sonrakı hal, böyrəküstü vəzilərin qabığının anadangəlmə disfunksiyası), hipofizar nanizm, qazanılmış və ya anadangəlmə ağır formalı hipotireoz, hipoparatireoz, IV dərəcəli piylənmə, ağır formalı toksiki diffuzzob və s, qanyaranmanın anadangəlmə və ya qazanılmış hipoplastik və aplastik vəziyyəti (hemoqlobinin 100 q/l-dən aşağı olması, trombositlərin 1 kub/mm-də 100.000-dən aşağı olması, leykositlərin 1 kub/mm-də 4000-dən az olması), koaqulopatiya və trombositopatiyanın ağır formaları, trombositopenikpurpura, ardıcıl residivli gediş, ağır hemorrogikkrizlərlə(qanda 1 kub/mm-də trombositlərin 50000-dən az olması), talassemiya, anadangəlmə immunçatışmazlığı, ağır kombinə olunmuş immunçatışmazlığı, aqammaqlobulinemiya, hipoqammaqlobulinemiya, septik qranulematoz, limfa vəzilərinin ağciyərlərin, qaraciyərin və başqa orqanların residivli bakterial yoluxmaları, hiperimmunoqlobulinemiya – E sindromunun dərialtı toxumanın, ağciyərlərin, qaraciyərin və başqa orqanların “soyuq absesləri” ilə müşayiət olunması, immunoqlobulin E-nin qanın zərdabında 1000 KED/l-dən yüksək olması, qazanılmış immunçatışmazlığı, klinik təzahürləri hallarında müəyyən edilir.
Təsdiq olunan Əsasnamədə Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri də qeyd olunub.
Birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir.
İkinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyələşir.
Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 il müddətinə uzadılır.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Antistress "oyuncaq”lar stressi götürür, yoxsa əlavə problemlər yaradır?

23 May 2017 21:36

Xalq artisti Aygün Bayramovanın toyundan FOTOLENT

23 May 2017 21:34

Rianna yeni şou təşkil etdi - FOTO

23 May 2017 21:32

Facebookda sevgili tapmağın 10 QAYDASI

23 May 2017 21:27

49 yaşlı xalq artistinin toyundan İLK FOTO

23 May 2017 21:23

Dövlət universitetlərində təhsil haqları endiriləcəkmi? - VİDEO

23 May 2017 21:22

Bakıda sərnişin DAVA SALDI: " Ə, işinlə məşğul ol" - VİDEO

23 May 2017 21:22

Müsəlman yoxsulluqla barışmamalıdır

23 May 2017 21:22

Tanınmış aktrisa kövrəldi: "Onun faciəsi məni pərişan etdi" - FOTO

23 May 2017 21:17

Meyvə-tərəvəz qıtlığı gözlənilir? - Dolunun FƏSADLARI - VİDEO

23 May 2017 21:17

Məst nədir?

23 May 2017 21:17

Evdəki əşyaların yanmağına səbəb nədir? - ŞOK İDDİA - VİDEO

23 May 2017 21:17

Stress çarxı doğrudanmı stressi azaldır? - VİDEO

23 May 2017 21:17

Narkotik daşıyan göyərçin ələ keçdi (FOTO)

23 May 2017 21:15

Azərbaycanda iqlimin istiləşməsi prosesi müşahidə olunur

23 May 2017 21:13

Dönərçini elektrik cərəyanı vurdu - MİNGƏÇEVİRDƏ FACİƏVİ ÖLÜM - VİDEO

23 May 2017 21:12

Zolağın çəkilişində səhvə yol verilib: Piyadalar əziyyət çəkir - VİDEO

23 May 2017 21:12

Xəstə və ölü at əti satanlar yaxalandı - VİDEO

23 May 2017 21:12

Noxud suyunun faydaları

23 May 2017 21:12

Azərbaycanla oynamayacaq, öz toyunda oynayacaq

23 May 2017 21:05

Aktrisa Xuraman şadyanalıq edəcək: "Sənət yoldaşlarımı dəvət etməyəcəyəm" - FOTO

23 May 2017 21:05

Bərdədə avtomobil evakuatordan aşıb - VİDEO

23 May 2017 21:05

Deputat oğlunun işini araşdıran müstəntiq cəzalandırıldı - ƏMR

23 May 2017 21:04

Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə konsert keçirilib

23 May 2017 21:01

Empatiya ürək-damar xəstəlikləri yaradır - TƏHLÜKƏ

23 May 2017 20:57

Xalq artistinin toyu baş tutdu - FOTO

23 May 2017 20:57

Vergi orqanlarına işə qəbul olunmuş kadrlarla görüş keçirilib

23 May 2017 20:57

Tanınmış avtoritet Lökbatanda öldürüldü

23 May 2017 20:55

Ramil Usubov rəisi və 3 müstəntiqi işdən qovdu - Deputatın oğluna görə

23 May 2017 20:52

Pınar Altuğ qayıdır - Bu dəfə aktrisa kimi yox

23 May 2017 20:52

Partlayış zamanı Qvardiolanın ailə üzvləri də “Mançester Arena”da idi

23 May 2017 20:48

Əcnəbilər üçün soyunan İRANLI QIZLAR - Heç yerdə görmədiyiniz FOTOlar

23 May 2017 20:47

Gürcüstan parlamentinin deputatına BƏƏ-də 15 illik həbs verildi

23 May 2017 20:43

9 minə yaxın “Jeep” geri çağırılıb - SƏBƏB?

23 May 2017 20:43

Prezident İlham Əliyevin ünvanına növbəti təbrik Səudiyyə Ərəbistanından gəldi -

23 May 2017 20:43

Gənc Tamaşaçılar Teatrında bu həftə 8 tamaşa göstəriləcək

23 May 2017 20:42

“Toyota Corolla” dünyada ən populyar avtomobildir

23 May 2017 20:37

Qriqorçuk braziliyalıdan da imtina etdi - SON ANDA

23 May 2017 20:37

"Ərim evdə yoxdur, gəl" - Ölümə aparan mesaj - FOTO

23 May 2017 20:37

Tanınmış aktyor nəvəsini evləndirdi - FOTO

23 May 2017 20:32

Almaniyada Biznesin İnam İndeksi 28 illik maksimuma çatıb

23 May 2017 20:32

Qvardiolanın yaxınları partlayış vaxtı stadionda olublar

23 May 2017 20:29

İlanların qovaladığı iquananın videosu mükafata layiq görüldü - VİDEO

23 May 2017 20:27

Daha bir ölkədə İŞİD bayrağı qaldırıldı - ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR - FOTOLAR

23 May 2017 20:23

Rusiyada bank əmanətçilərinin vahid reyestri yaradıla bilər

23 May 2017 20:22

Uşaq musiqi məktəbinin konserti olub (FOTO)

23 May 2017 20:22

Xalq artisti 36 kilo arıqladı - İndi belə görünür - VİDEO

23 May 2017 20:22

Mançester terrorunu törədən şəxsin adı məlum oldu

23 May 2017 20:20

İranın balıqçı gəmisi Somali piratlarının əlinə keçib

23 May 2017 20:15

Bu iki aktyordan biri Sinemlə baş rola çəkiləcək

23 May 2017 20:12