Murad Arif niyə kövrəldi?

Murad Arif niyə kövrəldi?
10:29 6 Yanvar 2016
20 Şou
Ölkə mətbuatı
A- A+

Bəstəkar-müğənni Murad Arif ifa etdiyi “Sevgililər” adlı mahnıya İsveçin paytaxtı Stokholm şəhərində klip çəkdirib. Bu barədə Lent.az-a açıqlama verən ifaçı ekran işi barədə təəssüratlarını bölüşüb: "Bu mənim ən təsirli mahnım və klipimdir. Bu mahnını efirlərdə oxuyarkən kövrəlmişəm. Bu səbəbdən mahnını efirlərdə demək olar ki, oxumuram. Həm də efirlərimizdə belə dərin mahnılara demək olar ki, yer yoxdur. Ona görə də mahnını kliplə sevdirmək qərarına gəldim. Rejissor Tərlan Muxtarov sayəsində tamamilə istədiyim bir görüntü ala bildik. Layihəmlə fəxr edirəm."

 


Xatırladırıq ki, Murad Arif dünya şöhrətli rəssam Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyovanın sifarişi ilə "Sevgililər" adlı yeni mahnı yazmağı söz vermişdi. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR