Bakıda kişi arvadını və onun ailəsini bıçaqladı

Bakıda kişi arvadını və onun ailəsini bıçaqladı
10:31 6 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 35 yaşlı kişi həyat yoldaşını və onun iki ailə üzvünü bıçaqlayıb.

Sabunçu Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan 1980-ci il təvəllüdlü İlham Zakir oğlu Qurbanov səbəbi istintaqla hələlik müəyyən edilməyən səbəbdən həyat yoldaşı 1985-ci il təvəllüdlü Mədinə Ramiz qızı Qurbanovanı, qayınanası 1961-ci il təvəllüdlü Çimnaz Məşədibaba qızı Əliyevanı və baldızı, 1986-ci il təvəllüdlü Aynurə Ramiz qızı Əliyevanı çoxsaylı bıçaq zərbələri endirərək bıçaqlayıb.

Hər üç yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan hər üç yaralının renimasiya şöbəsində olduğunu və vəziyyətlərinin orta ağır olduğunu bildirdilər.

Hadisəni törədən İlham Qurbanov isə hadisədən sonra Sabunçu Rayon İdarəsinin 14-cü polis bölməsinə gələrək könüllü təslim olub.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR