"Gallup": Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasındadır

"Gallup": Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasındadır
10:37 6 Yanvar 2016
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında yer alıb. "Report" xəbər verir ki, bunu "Gallup" analitik şirkətinin keçirdiyi sorğu göstərir.
Sorğunun nəticələrinə görə, Kolumbiya dünyanın ən xoşbəxt ölkəsidir (rəyi soruşulanların 85 faizi bunu deyib). Cənubi amerikalıları Fici və Səudiyyə Ərəbistanı ( hər ikisi 82 %), eləcə də Azərbaucan (81 %) izləyir. Sonrakı pillələrdə Vyetnam (80 %), Argentina və Panama (79 %) qərarlaşıb.
Azərbaycanda respondentlərin 33 faizi 2016-cı ilin yenicə başa çatan 2015-ci ildən daha yaxşı olacağını deyib. 19% bədbinliyini ifadə edibsə, 23% respondent neytrallığını qoruyub.
Ölkədə iqtisadi inkişaf perspektivləri barədə sualı cavablayarkən rəyi soruşulanların 36 faizi hər şeyin daha yaxşı olacağına inandığını söyləyib. 21% respondent mənfi nəticələr gözləyirsə, 11% iqtisadiyyatın elə eyni səviyyədə qalacağını düşünür.
Respondentlərin 66 faizi həyatlarından razı olduğunu bildirib. 10% rəyi soruşulan xoşbəxt deyil, 23% isə nə xoşbəxt olduğunu, nə də xoşbəxt olmadığını deyib.
Sorğuya əsasən, özlərinə ən az xoşbəxt hiss edənlər iraqlılardır.
Qeyd edək ki, sorğuda dünyanın 68 ölkəsindən 66 mindən çox respondenti fikrini bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/gallup-azerbaycan-dunyanin-en-xosbext-dord-olkesi-sirasindadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR