Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasındadır

Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasındadır

Date: 6 January 2016 10:51

Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında yer alıb.
 
Axşam.az "Report"a istinadən xəbər verir ki, bunu "Gallup" analitik şirkətinin keçirdiyi sorğu göstərir.
Sorğunun nəticələrinə görə, Kolumbiya dünyanın ən xoşbəxt ölkəsidir (rəyi soruşulanların 85 faizi bunu deyib). Cənubi amerikalıları Fici və Səudiyyə Ərəbistanı ( hər ikisi 82 %), eləcə də Azərbaycan (81 %) izləyir. Sonrakı pillələrdə Vyetnam (80 %), Argentina və Panama (79 %) qərarlaşıb.

Azərbaycanda respondentlərin 33 faizi 2016-cı ilin yenicə başa çatan 2015-ci ildən daha yaxşı olacağını deyib. 19% bədbinliyini ifadə edibsə, 23% respondent neytrallığını qoruyub.

Ölkədə iqtisadi inkişaf perspektivləri barədə sualı cavablayarkən rəyi soruşulanların 36 faizi hər şeyin daha yaxşı olacağına inandığını söyləyib. 21% respondent mənfi nəticələr gözləyirsə, 11% iqtisadiyyatın elə eyni səviyyədə qalacağını düşünür.

Respondentlərin 66 faizi həyatlarından razı olduğunu bildirib. 10% rəyi soruşulan xoşbəxt deyil, 23% isə nə xoşbəxt olduğunu, nə də xoşbəxt olmadığını deyib.

Sorğuya əsasən, özlərinə ən az xoşbəxt hiss edənlər iraqlılardır.

Qeyd edək ki, sorğuda dünyanın 68 ölkəsindən 66 mindən çox respondenti fikrini bildirib.

Tags:  Azərbaycan dünyanın xoşbəxt dörd ölkəsi sırasındadır

RƏYLƏR


Top news