Aktrisa Bergüzar Korel "Delibal" filmini izləmək üçün kinoteatra gedib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həyat yoldaşı Halit Ergenç və oğlu Ali ilə Fransada istirahətdə olan aktrisa yenicə dönüb. Filmin qala gecəsinə qatıla bilməyən Bergüzarın Türkiyəyə qayıdan kimi ilk işi "Delibal"ı izləmək olub.
O, Çağatay Ulusoy və Leyla Lidia Tuğutlunun baş rollarda oynadığı film haqda deyib:
"Başda prodüser və dostum Kerem Çatay olmaqla hər kəsi təbrik edirəm. Filmi izləyəcəyimə söz vermişdim. Çağatayın və Leylanın aktyorluğu müzakirə edilməz qədər yaxşıdır. Möhtəşəm oynayıblar".
Qeyd edək ki, "Delibal" filmi sabah Bakıda nümayişə girir. Filmin qala gecəsində iştirak etmək üçün Ç.Ulusoy Bakının qonağı olacaq.